Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Saleh Valeh oğlu Həsənov (1986, Qızılhacılı, Goranboy rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı. İkinci Qarabağ müharibəsinin iştirakçısı,

Saleh Həsənov

Vikipediya, azad ensiklopediya
Saleh Valeh oğlu Həsənov
Şəxsi məlumatlar
Doğum tarixi 3 iyun 1986(1986-06-03) (40 yaş)
Doğum yeri
Təhsili
  • Ryazan Ali Hava-Desant Komandirləri Məktəbi[d]
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Rütbəsi
Polkovnik-leytenant
Döyüşlər İkinci Qarabağ müharibəsi
Təltifləri Vətən Müharibəsi Qəhrəmanı
"Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı — 2024 "Cəbrayılın azad olunmasına görə" medalı "Xocavəndin azad olunmasına görə" medalı "Şuşanın azad olunmasına görə" medalı "Kəlbəcərin azad olunmasına görə" medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
"Vətən müharibəsi iştirakçısı" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Saleh Valeh oğlu Həsənov (1986, Qızılhacılı, Goranboy rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı.

Həyatı

1986-cı ildə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində anadan olub. Şəhid Dilbazi Qasımov adına 1 saylı tam orta məktəbdə təhsil alıb. 2011-ci ildə Pakistan Xüsusi Əməliyyat Məktəbini, 2017–2018-ci illərdə Rusiya Ryazan Hava Desant Məktəbini bitirib.

Hərbi xidməti

Azərbaycan Ordusunun mayoru Saleh Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə, Xocavəndin, Cəbrayılın, həmçinin Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Saleh Həsənova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.

Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.

Təltifləri

  • "Kəlbəcərin azad olunmasına görə" medalı
  • "Şuşanın azad olunmasına görə" medalı
  • "Xocavəndin azad olunmasına görə" medalı
  • "Cəbrayılın azad olunmasına görə" medalı
  • "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı
  • "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı
  • "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
  • "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı
  • "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918–2013) " yubiley medalı
  • "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918–2008) " yubiley medalı
  • (9 dekabr 2020) — "Vətən Müharibəsi Qəhrəmanı" medalı
  • "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı (2 fevral 2024) — "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı
Üst