Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Salman Bayramov (tam adı: Salman Bayram oğlu Bayramov; 1968) — Azərbaycan aktyoru, Azərbaycanın əməkdar artisti (2014).

Salman Qaraçöplü

Vikipediya, azad ensiklopediya
( səhifəsindən istiqamətləndirilmişdir)
Salman Bayramov
Salman Bayram oğlu Bayramov
Doğum tarixi (57–58 yaş)
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti aktyor
Təhsili Perm Dövlət Mədəniyyət İnstitutu
Mükafatları Azərbaycan Respublikasının əməkdar artisti

Salman Bayramov (tam adı: Salman Bayram oğlu Bayramov; 1968) — Azərbaycan aktyoru, Azərbaycanın əməkdar artisti (2014).

Həyatı

Salman Bayramov 1994-cü ildə Perm Dövlət Mədəniyyət İnstitutunun xalq teatrları fakültəsini bitirib. 1996-cı ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram teatrının aktyorudur. Bu illər ərzində bir çox rollar oynamışdır. O, uşaqlar üçün tamaşalarda Kral (V. Livanov "Bremen musiqiçiləri"), Leopold (B. Dmitriyev "Novıye priklüçeniya kota Leopolda"), Baba Yaqa (Y. Çernyak "Vasilisa Prekrasnaya") kimi obrazlar yaratmışdır.

Böyüklər üçün tamaşalardan: Corc (A. Ostrovski "Krasaves-mujçina"), Oyunbaz (M. F. Axundov "Lənkəran xanının vəziri"), Antonio (U. Şekspir "12-ci gecə"), Ulus (N. Xəzri "Burla xatun"), Qulam (R. İbrahimbəyov "Neft bumu"), Osvald (U. Şekspir "Kral Lir"), Fərhad (S. Vurğun "Fərhad və Şirin").

Mükafatları

Salman Bayramov Azərbaycan teatrının inkişafındakı xidmətlərinə görə 7 mart 2014-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür. 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə və 10 may 2022-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.

Filmoqrafiya

  1. Nə gözəldir bu dünya... (film, 1999)
  2. Ovsunçu (film, 2002)
  3. Bir dəfə Qafqazda (film, 2007)
  4. Cavid ömrü (film, 2007)
  5. Dayanacaq (film, 2009)
  6. Qardaşımdan yaxşısı yox idi (film, 2010)
  7. Səhərə inan... (film, 2011)
  8. Vicdan haqqı (teleserial, 2016)
  9. Ana və poçtalyon (2020)
Üst