Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bu qala Keşişkənd (Yeğeqnadzor) rayonunda Ələyəz, Hosdun, Həsənkənd, Erdərin, Horbadıq adlı kəndlərin əhatəsində, uca bir qayanın başında tikilmişdir. Strateji

Salsal qalası

  • Ana Səhifə
  • Salsal qalası

Salsal — Dərələyəz mahalında qədim qala.

Salsal qalası

Haqqında

Bu qala Keşişkənd (Yeğeqnadzor) rayonunda Ələyəz, Hosdun, Həsənkənd, Erdərin, Horbadıq adlı kəndlərin əhatəsində, uca bir qayanın başında tikilmişdir. Strateji cəhətdən çox əhəmiyyətli yerdə tikilmiş bu qalanın içindən rayondakı kəndlərin, yolların, keçidlərin, aşırımların, gediş-gəliş cığırlarının əksəriyyətini nəzərdə saxlamaq, hücumların qarşısını almaq mümkündür.

Qala çox uca və sıldırım qayanın başında tikildiyi üçün ona üç tərəfdən çıxmaq çox çətindir. Qalanın iki qapısı vardır. Əsas yolu isə şərq tərəfdəki (Ələyəz kəndi tərəfdəki) yalın üstündədir. İkinci qapısı isə Erdərin və Horbalıq kəndləri tərəfdəndir. Bu, əsas qapıya nisbətən bir qədər balacadır. Bundan başqa, qalanın qərb (günbatan) tərəfində, Hosdun və Həsəndkənd səmtində divarın özülündə çıxış üçün gizli bir kiçik qapı da vardır ki, bu, daş ilə hörülmüşdür. Bu qapını yalnız qalanın içindən açmaq olar. Bunun üçün həmin daşı qalanın içindən bayır tərəfə itələməlisən. Bu daşın eni təxminən 60 sm, uzunluğu isə bir metrdir.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Sentyabr 12, 2026

    S:Talaq surəsi

  • İyun 14, 2026

    Colan təpələri

  • İyul 17, 2026

    HƏMAS–İsrail müharibəsi

  • May 24, 2026

    Niyaz Şərifov

  • Aprel 02, 2026

    Ülvi Mehdiyev

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst