Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Sarıcalı — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Sarıcalı kənd inzibati ərazi dairəsində kənd.

Sarıcalı (Ağcabədi)

40°08′26″ şm. e. 47°10′55″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Kənd
Sarıcalı
40°08′26″ şm. e. 47°10′55″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Ağcabədi rayonu
Tarixi və coğrafiyası
Sahəsi 11.2
Mərkəzin hündürlüyü 87 m
Saat qurşağı UTC+4 , yayda UTC+5
Əhalisi
Əhalisi 1 753 nəfər (2015)
Sıxlığı 156.5 nəf./km²
Milli tərkibi Azərbaycanlılar
Rəsmi dili Azərbaycan dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +994 113
Poçt indeksi AZ0428
Nəqliyyat kodu 04
Xəritəni göstər/gizlə
Sarıcalı xəritədə
Sarıcalı
Sarıcalı
Şuşa qəzası 1 yanvar 1903-cü illər xəritəsi.

SarıcalıAzərbaycan Respublikasının Ağcabədi rayonunun Sarıcalı kənd inzibati ərazi dairəsində kənd.

Əhalisi

Əhalisinin sayı 1591 (01.01.2007-ci ilə aid olan statistik məlumata görə) nəfərdir. Kənd əhalisi əsasən, heyvandarlıq, taxılçılıq, pambıqçılıq və baramaçılıqla məşğul olur.

Tarixi

Sarıcalı yaşayış məntəqəsi cavanşir tayfasının sarıcalı (əslində sarıcaəlili) qolunun burada məskunlaşması nəticəsində yaranmışdır. Qədimdə sarıcalılar türk tayfası bəhmənli elinə mənsub idilər. Onlar orta əsrlərdə cavanşir tayfasına qarışmışlar.XIX əsrin əvvəllərində sarıcalılar Dərgahlı sarıcalısı, Əmiraslanbəyli sarıcalısı, Çəmənli sarıcalısı, İncilli sarıcalısı, Yetim sarıcalısı, Novruzlu sarıcalısı adlı tirələrə bölünmüşdülər.XX əsrin 30-cu illərinə qədər Ağdamın Novruzlu kəndi yaxınlığında da Sarıcalı adlı kənd olub. Qarabağ xanı olan Pənahəli xan bu tayfadandır.Ağdam, Tərtər, Cəbrayıl rayonlarında da Sarıcalı adlı kənd vardır.

Tanınmışları

  • Tofiq Sarıcalınski — Dövlət xadimi
  • Rüstəm Rüstəmov — Professor , alim
  • Ələsgər Rüstəmov — Hüquqşünas
  • Mehtiyev Qabil — əməkdar müəllim

Mehtiyev Allahşükür — Tanınmış din xadimi

Üst