Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Saral — Qərbi Azərbaycanın (indiki Ermənistan) Pəmbək mahalının Hamamlı rayonunda qədim kənd. Saral İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamaml

Saral (Pəmbək)

40°50′33″ şm. e. 44°21′45″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Saral
40°50′33″ şm. e. 44°21′45″ ş. u.HGYO
Ölkə
  •  Ermənistan
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.517 ± 1 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 631 nəf. (1831, 1873, 1897, 1922, 1926, 1931, 1939, 1959, 1970, 1979, 1989, 2001, 2011)
Rəsmi dili
Xəritəni göstər/gizlə
Saral xəritədə
Saral
Saral
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Saral — Qərbi Azərbaycanın (indiki Ermənistan) Pəmbək mahalının Hamamlı rayonunda qədim kənd. Saral İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənddir.

Tarixi

Rayon mərkəzindən 7 km şərqdə, Pəmbək (Pambək) çayının sol qolu Cicixan çayının sağ sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin ilk adı Sarala olmuşdur.

Hamamlı (prototürk — sakca adı — Hamama) (Spitak) rayonu təşkil edilənədək (1937) Quqark (Qarakilsə) rayonunun tərkibində olmuşdur. Erməni mənbələrində kəndin X–XII əsrlərdə salındığı göstərilir.

Toponim Sarala adlı hun- türk tayfasının adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir, quruluşca sadə toponimdir.

Əhalisi

Kənddə 1831-ci ildə 54 nəfər, 1873-cü ildə 539 nəfər, 1886-cı ildə 654 nəfər, 1897-ci ildə 754 nəfər, 1908-ci ildə 951 nəfər, 1914-cü ildə 1111 nəfər, 1916-cı ildə 982 nəfər azərbaycanlı yaşamışdır.

1915–1918-ci illərdə xaricdən köçürülən ermənilər kəndə yerləşdirilmişdir və kəndin əhalisi 1919-cu ildə azərbaycanlılarla ermənilər birlikdə 3090 nəfər təşkil etmişdir.

1919-cu ilin axırlarında kənddə yaşayan azərbaycanlılar erməni-daşnak təcavüzünə məruz qalaraq qırğınlarla deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılar tarixi-etnik torpaqlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 808 nəfər, 1926-cı ildə 851 nəfər, 1931-ci ildə 975 nəfər, 1987-ci ildə 1856 nəfər azərbaycanlı yaşamışdır.

1988-ci ilin noyabrın 1-də kəndin sakinləri – azərbaycanlılar qırğınlarla Ermənistan hakimiyyəti tərəfindən deportasiya olunmuşdur. Kənddə indi ermənilər yaşayır.

30 noyabr 1988-ci ildə Daşnak terrorçuları Hamamlı rayonunun Saral kəndindən Həmzəçimən kəndinə yollanan qaçqın dəstəsinə basqın etmişlər. 18 nəfər qətlə yetirilmiş, Balacayev Mövsümün 8 nəfərlik ailəsi tamamilə məhv edilmişdir. 7 nəfər isə ağır bədən xəsarəti almışdır.

Tanınmışları

  • Əsəd Əhmədov — Azərbaycanın Milli Qəhrəmanı
  • Babək Ələkbərov — Vətən Müharibəsi Qəhrəmanı
  • Əsgər İsayev — Texnika elmləri doktoru, professor
  • Fəxrəddin İsayev — Fizika-riyaziyyat elmləri doktoru, professor
  • Çərkəz Qurbanlı— tərcüməçi alim, alman dili üzrə mütəxəssis, filologiya elmləri namizədi, dosent
  • Şəkər Məmmədova — BDU-nun Coğrafiya Fakültəsinin dekanı , coğrafiya elmləri doktoru, professor.
Üst