Sarıca-Minbərək abidələr qrupu — Qax rayonunda yerləşən E.ə. IV -III minilliklərə aid arxeoloji abidələr kompleksi
| Sarıca-Minbərək abidələri | |
|---|---|
| Ölkə | |
| Şəhər | Qax |
| Yerləşir | Minbərək düzü |
| Aidiyyəti | E.ə. IV -III minilliklər |
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı | |
| İstinad nöm. | 39 |
| Kateqoriya | Arxeoloji abidə |
| Əhəmiyyəti | Dünya əhəmiyyətli |
Ümumi məlumat
Sarıca-Minbərək abidələr qrupu 1984-cü ildən elmi tədqiqata cəlb edilmişdir. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu əməkdaşlarının apardığı arxeoloji qazıntı nəticəsində bu ərazidə 4 qədim yaşayış yeri, müvəqqəti dayanacaqlar, tunc dövrünə aid kurqanlar, 2 nekropol, qədim ziyarətgahlar, qala divarlarının qalıqları aşkar edilmiş və arxeoloji tədqiqata cəlb edilmişdir.Aparılmış elmi tədqiqat işlərinə əsasən bu ərazinin b.e.ə. IV minilliyin sonlarından daha sıx məskunlaşmış olduğununu qeyd etmək olar. Sarıca-Minbərək ərazisi Kür-Araz mədəniyyətinin yayıldığı, inkişaf etdiyi ərazi olmaqla kurqan altı dəfn adətini e.ə. III minillikdən e.ə. I minilliyin ortalarına qədər izləməyə imkan verir. Ümumilikdə kompleksə 200-dən çox kurqan daxildir.
Minbərək yaşayış yerində mədəni qatın qalınlığı 4 m-dən çoxdur. Burada Xocalı-Gədəbəy və Yaloylutəpə mədəniyyətinə aid abidələr də tapılmışdır. Arxeoloji qazıntı işləri zamanı əldə edilən maddi-mədəniyyət nümunələri bütün tunc dövrlərini, dəmir dovrünü izləməyə, bu uzun zaman məsafəsində aborogenlərin dəfn adətlərini, daşlara hopdurulmuş mənəvi mədəniyyyətini, mifik və fəlsəfi dünya görüşlərini öyrənməyə imkan verir.
- Əlifba sırasına görə tarixi abidələr
- Azərbaycan arxeologiyası
- Qax abidələri