Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Sarıcalar — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda kənd olmuşdur.

Sarıcalar (Zəngibasar)

39°59′06″ şm. e. 44°25′56″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
kənd
Sarıcalar
39°59′06″ şm. e. 44°25′56″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Zəngibasar mahalı
Rayon Zəngibasar rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı UTC+4
Xəritəni göstər/gizlə
Sarıcalar xəritədə
Sarıcalar
Sarıcalar

Sarıcalarİrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda kənd olmuşdur.

Tarixi

Rayon mərkəzindən 8 km cənub-qərbdə, Zəngi çayının yanında yerləşirdi. Zəngibasar rayonu yaradılanadək Qəmərli (Artaşat) rayonunun tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Erməni mənbələrində kəndin adı Saracalar formasında verilir. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Qırxbulaq nahiyəsində Sarucalar kimidir. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. 1588-ci ilə aid mənbədə Qarabağda qışlayan bir el Sarıcalı adlanırdı [167]. XIX əsrin əvvəllərində Qarabağda yaşayan tayfalardan biri Sarıcalı idi Mənşəcə bu tayfa Əfşarlara məxsusdur.

Etimologiyası

Toponim sarıcalılar türk tayfasının adı əsasında yaranmışdır. "Sarıcalı tayfasına mənsub yer" mənasını ifadə cdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Əhalisi

Kənddə 1831-ci ildə 107 nəfər, 1873-cü ildə 354 nəfər, 1886-cı ildə 440 nəfər, 1897-ci ildə 460 nəfər, 1904-cü ildə 638 nəfər, 1914-cü ildə 811 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd sakinləri ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar doğma yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 207 nəfər, 1926-cı ildə 224 nəfər, 1931-ci ildə 168 nəfər yalnız azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin xüsusi qərarları ilə kəndin sakinləri 1948–1949-cu illərdə zorla tarixi-etnik torpaqlarından çıxarılıb Azərbaycana köçürülmüş və kənd ləğv edilmişdir. Kəndin ərazisi Həbilkəndə (Kalinin adına qəsəbə) birləşdirilimişdir.

Üst