Sarıtorpaq şikəstəsi — şikəstə növlərindən biri.
Sarıtorpaq şikəstəsini Şamaxının qədim məhəllələrindən biri olan Sarıtorpaq məhəlləsi ilə əlaqələndirirlər. Şamaxının Sarıtorpaq məhəlləsində doğulmuş Azərbaycan xanəndəsi və şairi Mirzə Məhəmmədhəsən Sarıtorpaq şikəstəsinin müəllifi sayılır. Bu şikəstə aşıq sənətində ifa olunur. Sarıtorpaq şikəstəsini Şirvanda aşıq sənətinin xanəndəliyə təsirinin nümunələrindən biri kimi hesab etmək olar.
Hesab olunur ki, Sarıtorpaq şikəstəsi Kəsmə şikəstəyə yaxındır. Deyilir ki, Azərbaycan xanəndəsi, şairi Hacıbaba Hüseynov onları mahiyyətcə eyni muğam sayırdı, amma Şamaxıda və Şəkidə ifa olunan Sarıtorpaq şikəstəsini fərqli sayırdı.
- Şamaxı mədəniyyəti
- Muğam