| Sayalı Tağıyeva | |
|---|---|
| Sayalı Abdulla qızı Tağıyeva | |
| |
| Doğum tarixi | 1920 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 2013 (92–93 yaşında) |
| Vəfat yeri |
|
| Uşağı | Elnarə Dadaşova |
| Elmi dərəcəsi |
|
| Təhsili |
|
| Mükafatları | |
Sayalı Abdulla qızı Tağıyeva (1920, Şuşa – 2013, Bakı) — tibb elmləri doktoru (1969), professor (1969).
Həyatı
1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. 1942-ci ildən Tibb İnstitutunun daxili xəstəliklərin hospital-terapiya kafedrasında ordinator, 1944-cü ildən assistent, 1955-ci ildən dosent, 1969-cu ildən professor olmuşdur. 1980-ci ildən 1992-ci ilə qədər pediatriya fakültəsinin daxili xəstəliklər kafedrasının müdiri işləmiş, 1992-ci ildən isə kafedranın professorudur.
130-dan çox elmi əsərin, o cümlədən 2 monoqrafiya, 3 metodiki vəsait, 2 ixtira və s. müəllifidir.
Təltifləri
- "Şöhrət" ordeni — 20.09.2010
Ailəsi
Bəstəkar Elnarə Dadaşovanın anasıdır.
Həmçinin bax
- Sayalı (balet)
- Tağızadələr
Kateqoriyalar:
- 1920-ci ildə doğulanlar
- Şuşada doğulanlar
- 2013-cü ildə vəfat edənlər
- Bakıda vəfat edənlər
- Tibb elmləri doktorları
- Azərbaycan Tibb Universitetinin məzunları
- "Şöhrət" ordeni ilə təltif edilənlər
- Əlifba sırasına görə alimlər
- Azərbaycanlı həkimlər
- Tağızadələr
- Professorlar
