Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Selenqa və ya Seləngə çayı (monq. Сэлэнгэ мөрөн, rus. Селенга, bur. Сэлэнгэ мүрэн) - Monqolustandan başlayaraq Rusiya Federasiyası subyektlərindən olan Buryatiy

Selenqa çayı

Vikipediya, azad ensiklopediya
Selenga
monq. Сэлэнгэ мөрөн
Xəritə
Ölkələr
  •  Monqolustan
  •  Rusiya
Mənbəyi Bügsin gölü, Delgermörön çayı, İder çayı
Mənsəbi Baykal gölü
Uzunluğu 992
Su sərfi 935 m³/san
Hövzəsinin sahəsi 447 000 km²
DSR?! 16030000512116300006917
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Selenqa və ya Seləngə çayı (monq. Сэлэнгэ мөрөн, rus. Селенга, bur. Сэлэнгэ мүрэн) - Monqolustandan başlayaraq Rusiya Federasiyası subyektlərindən olan Buryatiya Respublikası ərazisində yerləşən Baykal gölünə qədər axan çay. Uzunluğu 992 km, hövzəsinin sahəsi 447 000 km2-dir. Selenga adının monqol dilində "Göy qurşağı" mənasındadır.

Etimalogiyası

Buryat dilində sel-enge: enge-suyun töküldüyü göl, sel isə selin tökülməsi mənasındadır. Monqol dilində isə sele üzən su mənasını ifadə edir.

Tarixi

Selenga çayının axdığı coğrafiyada VI-VIII əsrlərdə Birinci Göytürk xaqanlığı və İkinci Göytürk xaqanlığı, 744-840-cı illərdə Uyğur xaqanlığı, IX əsrin 40-cı illərindən X əsrin 10-cu illərinə qədər Yenisey qırğızları hökmranlıq etmişdir. XI əsrdən etibarən bu bölgələr Monqol dilində danışan tayfaların əlinə keçmişdi.

Coğrafiyası

Rusiya Federasiyası ərazisində Buryatiya Respublikasının Ulan-Ude şəhər inzibat dairəsi və 7 rayon ərazisində axan çay. Buryatiya ərazisinə çayın 409 km-lik hissəsi daxildir. Hövzəsinin sahəsi 447 min km2-dır. Selenga çayı İder və Delgermoron çaylarının birləşməsindən əmələ gəlmişdir. Baykal gölünə töküldüyü ərazidə 680 km2-lik geniş deltaya təşkil edir. Baykal gölünə tökülən çayların gətirdiyi suyun təqribən 1/2 hissəsi Selenga çayının payına düşür.

Hidrologiyası

Selenga çayı qış aylarında (noyabrdan aprelədək) buzla örtülü olur. Yaz, yay və payızda daşqınlar, yağış günlərdə sellər müşahidə olunur.

Monqolustanla Rusiya arasındakı sərhəd bölgədə orta illik su sərfi 310 m3/s, 127 km uzaqlıqda isə 935 m3/s-dir.

May və sentyabr aylarında isə təqribən 270 km-lik hissəsi gəmiçilik çün yararlı hala gəlir.

Qolları

Selenga çayının əsas sol qolları:

  • Temnik çayı
  • Oronqoy çayı
  • Djida çayı
  • Eg çayı

Sağ qolları isə:

  • Orxon çayı
  • Çikoy çayı
  • Xilok çayı
  • Uda çayı
  • İtantsa çayı

Qalereya

Qeydlər

  1. Digər bir məlumata əsasən çayın uzunluğu 1024 km-dir
Üst