| Sergey Yutkeviç | |
|---|---|
| rus. Сергей Иосифович Юткевич | |
| | |
| Doğum tarixi | 15 (28) dekabr 1904 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 23 aprel 1985 (80 yaşında) |
| Vəfat yeri |
|
| Dəfn yeri | |
| Fəaliyyəti | kinorejissor, ssenarist, aktyor, professor, teatr rejissoru, səhnəqraf, rəssam, teatr pedaqoqu[d] |
| Fəaliyyət illəri | 1925–1980 |
| Təhsili |
|
| İstiqamət | sosialist realizmi |
| Üzvlüyü |
|
| Mükafatları | |
| IMDb | ID0951170 |
Sergey İosifoviç Yutkeviç (rus. Сергей Иосифович Юткевич; 15 (28) dekabr 1904, Sankt-Peterburq – 23 aprel 1985, Moskva) — Sovet kinorejissoru və ssenaristi.
Həyatı
Sergey İosifoviç Yutkeviç 28 dekabr 1904-cü ildə Sankt-Peterburqda anadan olmuşdur. 1921–1923-cü illərdə o, V.E. Meyerholdun kursunda təhsil almışdır. 1938-ci ildə "Tüfəngli adam" işinə quruluş verir. Rejissor eləcə də Lenin mövzusuna xüsusilə diqqət yetirirdi. Onun yaradıcılığında əsas yer tutan bu mövzu əsasında Yutkeviç "Lenin haqqında hekayələr" (1957), "Lenin Polşada" (1966), "Lenin Parisdə" (1981) filmlərini çəkmişdir. Onun dünya kinematoqrafiyasına bəxş etdiyi ən böyük miqyaslı və ən möhtəşəm ekran əsəri isə Vilyam Şekspirin "Otello" faciəsi əsasında yaratdığı eyniadlı film olmuşdur. Həmin filmin uğurunun bir hissəsini də baş rolu məharətlə canlandırmış Sergey Bondarçuku hesab etmək olar. 1955-ci ildə ekranlara çıxmış "Otello" filmi Sergey Yutkeviç yaradıcılığında ən çox tamaşaçı auditoriyası toplamış film idi. Bu film 1956-cı ildə Kann kinofestivalında iştirak etmiş və Ən yaxşı rejissor işinə görə mükafat almışdır.
Sergey Yutkeviç ÜDKİ-də dərs demişdir. Onun tələbələri sırasında Azərbaycanın görkəmli kinorejissorları Tofiq Tağızadə və Əjdər İbrahimovun da adlarını çəkmək olar.
Sergey İosifoviç Yutkeviç 23 aprel 1985-ci ildə vəfat etmişdir.
Filmoqrafiya
Rejissor fəaliyyəti
- Qara yelkən (1929)
- Qarşıdan gələn (1932)
- Şaxtaçılar (1937)
- Tüfəngli adam (film, 1938)
- Yakov Sverdlov (1940)
- Şveyk döyüşə hazırlaşır (1942)
- Şveykin yeni sərgüzəştləri (1943)
- Salam, Moskva (1945)
- Rusiya üzərində işıq (1947)
- Üç görüş (1948)
- Prjevalski (1951)
- Otello (film, 1955)
- Lenin haqqında hekayələr (film, 1957)
- Lenin Polşada (film, 1966)
- Lenin Parisdə (film, 1981)
Ssenarist fəaliyyəti
- Otello (film, 1955)
- 28 dekabrda doğulanlar
- 1904-cü ildə doğulanlar
- Sankt-Peterburqda doğulanlar
- 23 apreldə vəfat edənlər
- 1985-ci ildə vəfat edənlər
- 80 yaşında vəfat edənlər
- Moskvada vəfat edənlər
- Novodeviçye qəbiristanlığında dəfn olunanlar
- SSRİ Yazıçılar İttifaqının üzvləri
- SSRİ Kinematoqrafçılar İttifaqının üzvləri
- Sosialist əməyi qəhrəmanları
- "Lenin" ordeni ilə təltif edilənlər
- "Oktyabr inqilabı" ordeni ilə təltif edilənlər
- SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər
- "Xalqlar dostluğu" ordeni ilə təltif edilənlər
- "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı ilə təltif edilənlər
- "Moskvanın 800 illik xatirəsinə" medalı ilə təltif edilənlər
- 1-ci dərəcəli "Stalin" mükafatı laureatları
- 2-ci dərəcəli "Stalin" mükafatı laureatları
- SSRİ xalq artistləri
- RSFSR xalq artistləri
- SSRİ Dövlət mükafatı laureatları
- RSFSR əməkdar incəsənət xadimləri
- Əlifba sırasına görə film sənətçiləri
- SSRİ kinorejissorları
- SSRİ ssenaristləri
- Rusiya kinorejissorları
- Rusiyanın teatr rejissorları
- Sergey Yutkeviçin filmləri
- SSRİ teatr pedaqoqları
- SSRİ teatr rejissorları
- Sovet İttifaqı Kommunist Partiyasının üzvləri
- SSRİ aktyorları
- XX əsr aktyorları
- SSRİ rəssamları
- Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun müəllimləri
- Sənətşünaslıq elmləri doktorları
- SSRİ film rəssamları
- Rusiya Teatr Xadimləri İttifaqının üzvləri