Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Abbasov Seyfəddin Əliağa oğlu (Seyfəddin Dağlı) (27 avqust 1921, Xızı, Quba qəzası – 18 yanvar 1983) — Azərbaycan yazıçısı, şair, dramaturq, jurnalist, Əməkdar

Seyfəddin Dağlı

Vikipediya, azad ensiklopediya
Seyfəddin Dağlı
Doğum adı Seyfəddin Abbasov
Təxəllüsü Dağlı
Doğum tarixi 27 avqust 1921(1921-08-27)
Doğum yeri
Vəfat tarixi 18 yanvar 1983(1983-01-18) (61 yaşında)
Həyat yoldaşı Gülarə Cabbarlı
Uşağı 3
Fəaliyyəti yazıçı, ssenarist
Əsərlərinin dili azərbaycanca
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı

Abbasov Seyfəddin Əliağa oğlu (Seyfəddin Dağlı) (27 avqust 1921, Xızı, Quba qəzası18 yanvar 1983) — Azərbaycan yazıçısı, şair, dramaturq, jurnalist, Əməkdar incəsənət xadimi.

Həyatı

Seyfəddin Dağlı 1921-ci avqustun 27-də Xızıda doğulub. Bir müddət "Kommunist" və "Ordu" qəzetlərində müxtəlif vəzifələrdə çalışıb. Dövlət Radio Komitəsində baş redaktor (1956–1959), sonra Bakı Telestudiyasının direktoru və sədr müavini vəzifələrində çalışıb. Uzun müddət "Kirpi" jurnalının baş redaktoru olub. "Azərbaycanfilm" kinostudiyasında ssenari redkollegiyasının üzvü, "Yazıçı" nəşriyyatında redaktor vəzifəsində çalışıb. 1948-ci ildə "Dəniz kəşfiyyatçısı" adlı kitabı nəşr edilib. "Adı sənin, dadı mənim", "Aydınlığa doğru", "Mənziliniz mübarək", "Təzə gəlin", "Kölgələr pıçıldaşır" pyesləri, "Bahar oğlu", "Məşəl", "Kəcil qapısı", "Sabiqlər" və sair kitabları geniş oxucu kütləsinin rəğbətini qazanıb.

Yazıçı Seyfəddin Dağlı 1983-cü il yanvarın 18-də vəfat edib.

Mükafatları

  • Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı — 26.08.1981
  • Azərbaycan Ssri Əməkdar İncəsənət Xadimi

Filmoqrafiya

  1. Onun bəlalı sevgisi (film, 1980)
  2. Qayınana (film, 1978)
  3. Adı sənin, dadı mənim (film, 1980) (tammetrajlı televiziya tamaşası) (Aztv)
  4. Gecəniz xeyrə qalsın (film, 1977)
  5. Kommunist (film, 1969)
  6. Solmaz bir bahar kimi (film, 1979)

İrsi

Bakı şəhərinin Yasamal rayonunda adına küçə var.

Üst