Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Məscid paytaxt Bakıdan təxminən 350 km məsafədə yerləşir. Məscid Şuşa şəhərinin Telman və Qaryağdıoğlu küçələrinin kəsişməsində yerləşir. Məscid iki mərtəbəli f

Seyidli məscidi

39°45′19″ şm. e. 46°45′26″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Seyidli məscidi
Ölkə  Azərbaycan
Şəhər Şuşa
Yerləşir Telman küçəsi, 16
Aidiyyəti Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu
Tikilmə tarixi XVIII əsr
Üslubu Arran memarlıq məktəbi
Vəziyyəti naməlum
UNESCO Ehtiyat Siyahısı
TipiMədəni
Kriteriyai,iv,v,vi
Təyin edilib2001
İstinad nöm.1574
DövlətAzərbaycan
RegionAvropa
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı
İstinad nöm.5151
KateqoriyaMəscid
ƏhəmiyyətiYerli əhəmiyyətli
39°45′19″ şm. e. 46°45′26″ ş. u.HGYO
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Seyidli məscidiXVIII əsrdə Şuşanın Seyidli məhəlləsində tikilmiş məscid.

Haqqında

Məscid paytaxt Bakıdan təxminən 350 km məsafədə yerləşir. Məscid Şuşa şəhərinin Telman və Qaryağdıoğlu küçələrinin kəsişməsində yerləşir. Məscid iki mərtəbəli formada tikilmişdir.

Seyidli məscidinin XVIII əsrdə tikildiyi ehtimal edilir. 30 illik erməni işğalı dövründə məscid xeyli ziyan görmüşdür.

Memarlıq üslubu

Məscid Cıdır yolunun üstündəki Seyidli məhəlləsində yerləşir. Bu kiçik məhəllə məscidi də özünün indiki durumu ilə digər məscidlərdən demək olar ki, fərqlənmir və yerli yaşayış mülklərini xatırladır. Düzbucaqlı formaya malik məscidin ibadət salonu Mamay və ya Saatlı məscidləri kimi üçnefli bölgüyə malik deyil.

Məscidin qonşuluğunda Məşədi Qaranın evi adlı memarlıq abidəsi yerləşir. Yerli əhəmiyyətli abidələr siyahısında olan bu abidə də erməni işğalı dövründə xaraba qalmışdır.

Üst