Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Sisak döyüşü (xorvatca:Bitka kod Siska, almanca:Schlacht bei Sissek) — 22 iyun, 1593-cü ildə Sisak-Moslavina regionunda, Kulpa çayının Sava çayı ilə qovuşduğu y

Sisak döyüşü

Vikipediya, azad ensiklopediya
Sisak döyüşü
Osmanlı-Avstriya müharibələri
Osmanlı-Xorvatiya Yüzil müharibələri
Tarix 22 iyun, 1593
Yeri Kulpa çayı, Sisak-Moslavina, Xorvatiya
Nəticəsi Avstriya və xorvat qüvvələrinin qalibiyyəti
Münaqişə tərəfləri

Avstriya hersoqluğu,
Xorvatiya krallığı
və digər müttəfiqlər

Osmanlı İmperiyası

Tərəflərin qüvvəsi

5,800

12,000–16,000

İtkilər

500

8,000

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sisak döyüşü (xorvatca:Bitka kod Siska, almanca:Schlacht bei Sissek) — 22 iyun, 1593-cü ildə Sisak-Moslavina regionunda, Kulpa çayının Sava çayı ilə qovuşduğu yerin yaxınlığında Osmanlı İmperiyasının sərhəd komandanı olan və bir il əvvəl Bosniya bəylərbəyi olaraq təyin edilmiş Telli Həsən paşanın Bosniya əyalət sipahiləri və Avstriya hersoqluğu ilə Xorvatiya krallığının birləşmiş orduları arasında baş tutmuş döyüşdür.

Döyüşdə, Bosniya bəylərbəyi Telli Həsən paşanın qüvvələri ağır məğlubiyyətə uğradıldı. Telli Həsən Paşa və digər bir neçə paşa həlak oldu. Bu döyüşün nəticəsi 1593-1606-cı illərdə baş tutmuş Osmanlı-Avstriya döyüşlərinə gətirib çıxardı.

Üst