Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Siçovul adaları (ing. Rat Islands, aleut. Qax̂um tanangis) — Aleut arxipelaqında yerləşən bir qrup ada. Şərqində Near adaları, qərbində isə ondan Amçitka boğazı

Siçovul adaları

51°46′ şm. e. 178°34′ q. u.HGYO
Vikipediya, azad ensiklopediya
Siçovul adaları
ing. Rat Islands
Ümumi məlumatlar
Ümumi sahəsi 934,594 km²
Hündür nöqtəsi 1221 m
Əhalisi 0 nəfər (2000-ci il)
Yerləşməsi
51°46′ şm. e. 178°34′ q. u.HGYO
Ölkə  ABŞ
Akvatoriya
  • Sakit okean
Siçovul adaları xəritədə
Siçovul adaları
Siçovul adaları
Siçovul adaları xəritədə
Siçovul adaları
Siçovul adaları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Siçovul adaları (ing. Rat Islands, aleut. Qax̂um tanangis) — Aleut arxipelaqında yerləşən bir qrup ada. Şərqində Near adaları, qərbində isə ondan Amçitka boğazı ilə ayrılan Andreyanov adaları qrupu yerləşir. Adaların heç birində yaşayış yoxdur.

Coğrafiyası

Qrupun qərbdən şərqə adaları: Buldır, Kiska, Kiçik Kiska, Sequla, Sıçovul, Xvostov, Piramida, Davıdova (şimalında Lopi adacığı yerləşir), Kiçik Sitkin, Amçitka və Semisopoçnı. Arxipelaqın ümumi sahəsi təxminən 934,594 km²-dir. Adalar əsasən dağlıqdır (hündürlüyü 1221 m-ə qədər, Semisopoçnı adasında). Aktiv vulkanları vardır. Amçitkada Dəniz samurlarının qoruğu vardır.

Siçovul adaları seysmik aktiv bölgədə yerləşir. Sakit okean və Şimali Amerika plitələrinin sərhəddində yerləşir. 1965-ci ildə adalarda 8,7 bal gücündə güclü zəlzələ baş verir.

Tarix

Adalar 18-ci əsrdə rus sənayeçiləri tərəfindən kəşf edilmişdir. 1827-ci ildə dünyanı gəzərkən Aleut adalarını ziyarət edən Fyodor Litke tərəfindən sıçovul adlandırılır.

Üst