| Slavyanka | |
|---|---|
| | |
| 40°39′24″ şm. e. 45°48′33″ ş. u.HGYO | |
| Ölkə |
|
| Tarixi və coğrafiyası | |
| Əsası qoyulub | 1844 |
| Mərkəzin hündürlüyü | 1.482 m |
| Əhalisi | |
| Əhalisi |
|
| Slavyanka | |
Slavyanka — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Slavyanka kənd inzibati ərazi dairəsində kənd.
Tarixi
Yaşayış məntəqəsi çar hökumətinin köçürmə siyasəti ilə əlaqədar Krım yarımadasından gəlmələrin 1844-cü ildə burada məskunlaşması nəticəsində yaranmışdır. Kənd köçürmə kampaniyasına rəhbərlik edən və burada yaşayan rus zabiti Slavinonun adı ilə adlandırılmış, 1854-cü ildən Slavyanka kimi rəsmiləşdirilmişdir.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 4047 nəfər əhali yaşayır.
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Azərbaycanın dünya şöhrətli Slavyanka suları Slavyanka kəndinin təbii bulaqlarından çıxır. Slavyanka suları insan orqanizminə faydalı olan minerallarla zəngin təbii süfrə suyudur və Azərbaycanda, o cümlədən digər ölkələrdə qısa zaman ərzində məşhurlaşmışdır.
- Əlifba sırasına görə yaşayış məntəqələri
- 1844-cü ildə yaranan yaşayış məntəqələri
- Gədəbəy rayonunun kəndləri