Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Soltan Teymur oğlu Məmmədov (1 aprel 1974, Bakı) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Respublikasının Milli Məclisinin VI və VII çağırış deputatı.

Soltan Məmmədov

Vikipediya, azad ensiklopediya
Soltan Məmmədov
Azərbaycan Respublikasının Milli Məclisinin VI və VII çağırış deputatı
Vəzifədədir
10 mart 2020-ciildən
Şəxsi məlumatlar
Doğum tarixi 1 aprel 1974(1974-04-01) (52 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Təhsili
Fəaliyyəti siyasətçi
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • texnika elmləri namizədi

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı "Tərəqqi" medalı

Soltan Teymur oğlu Məmmədov (1 aprel 1974, Bakı) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Respublikasının Milli Məclisinin VI və VII çağırış deputatı.

Həyatı

Soltan Teymur oğlu Məmmədov 1974-cü il aprelin 1-də Bakı şəhərində anadan olub. 1981–1991-ci illərdə Sabunçu rayonu 80 №-li tam orta məktəbdə, 1991–1996-cı illərdə Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) istehsalat proseslərinin avtomatlaşdırılması üzrə ali təhsil alıb. 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) aspiranturasını bitirib. 2005-ci ildə isə "Xəzər" Universitetində ictimai səhiyyənin idarəedilməsi üzrə magistr təhsili alıb.

Soltan Məmmədov ailəlidir, üç övladı var.

Fəaliyyəti

Soltan Məmmədov 1996–1997-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Balaxanı Neft İdarəsində operator-nəzarətçi vəzifəsində çalışıb. Daha sonra o, 1998–2001-ci illərdə Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzində işləyib.

2003–2005-ci illərdə Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) inzibati yardımçı, 2000–2015-ci illərdə isə Rostropoviç-Vişnevskaya Fondunun Azərbaycan nümayəndəliyinin Prezidenti olan Soltan Məmmədov 2015-ci ildən Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr Departamentinin rəisidir.

Soltan Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin 6 may 2019-cu il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edildi.

2020-ci il fevralın 9-da baş tutan parlament seçkilərində 14 saylı Xəzər dairəsindən namizəd olan Soltan Məmmədov 47,20 % səslə VI çağırış Milli Məclisin deputatı seçilmişdir. 2020-ci il martın 10-dan səlahiyyətlərinin icrasına başlayan Soltan Məmmədov Milli Məclisin Əmək və sosial siyasət Komitəsinin, Səhiyyə Komitəsinin üzvü, habelə Azərbaycan—Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olmuşdur.

2024-cü il oktyabrın 8-də Azərbaycan — Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.

3 fevral 2025-ci ildə Milli Məclisin Hesablayıcı komissiyasının tərkibinə daxil edilib.

Üst