Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Masaüstü oyun — masa və ya başqa düz səthin üzərində oynanılan oyun. Məsələn, lövhə oyunları, kart oyunları, zər oyunları və s..

Stolüstü oyun

Vikipediya, azad ensiklopediya
Şahmat və ona oxşar masaüstü oyunlar əsrlər boyunca çox yayımlanmış idi (Tampliyer cəngavərləri şahmat oynuyur, Libro de los juegos, 1283)

Masaüstü oyun — masa və ya başqa düz səthin üzərində oynanılan oyun. Məsələn, lövhə oyunları, kart oyunları, zər oyunları və s..

Tarix

Ən qədim masaüstü oyunu sayılan tapıntı Türkiyənin Siirt ilində yerləşən Başur tellində (e.ə. 5000) aşkar olunmuş 49 zərdir. Bundan erkən olan tapıntılar tarixdən əvvəlki dövrünə aid olan zərlərə oxşar talus sümükləridir. Ehtimal olunur ki, bu cür sümüklər də oynamaq üçün işlənilirdi və onlar zərlərin əcdadlarıdır.

Tapılan bütün ən erkən lövhə oyunlarıda zər işlənilirdi və onlar iki oyunçu üçün nəzərdə tutulurdu. Onların ən erkəni Misirdə tapılan senet oyunudur. Senet sülalə əvvəl və I sülalə dövrlərinə (e.ə. 3500-3100 arası) aid dəfn məkanlarında aşkar olunub və bundan əlavə, ona istinadlar e.ə. 3100 dövrünə aid heroqlif mənbələrində var.

Təsnifat

Masaüstü oyunlar ümumi formalarına və ya işlənilər alətlərinə görə təsnif oluna bilər:

KateqoriyaNümunələri
Lövhə oyunlarısəyyahət lövhə oyunları, oyun kitabı, nərd, şahmat, alman üslubu lövhə oyunları, qo, reversi
Kart oyunlarıpasyans, kolleksiya kart oyunları, hanafuda, Taro kart oyunları, poker
Zər oyunlarıbunko, krəps, zərli poker, sik bo
Kağız və karandaş oyunlarıDəniz döyüşü, qomoku, nöqtələr və kvadratlar, asmaca, cücərti, sudoku
Rol masaüstü oyunuZindanlar və əjdahalar, Pathfinder Roleplaying Game
Strategiya oyunlarıhərbi oyunlar, siyasi simulyasiya, miniatür oyunlar
Daş oyunları15 oyunu, anaqram, domino, macon

Masaüstü oyunlar həmçinin deterministik və ya stoxastik olur. Deterministik (və ya abstrakt strategiya) oyunlarıda, oyunun nəticəsi oyuncuların hərəkətləridən aslıdır. Stoxastik oyunlarıda isə oyun nəticcəsi qismən təsadüfdən aslıdır. Bundan əlavə, oyunlar nəzəriyyəsinə görə, oyunlarda məlumat tam şəkildə və ya nisbətən verilə bilər. Tam məlumatlı oyunlarda oyunçuların oyunun ilk addımıdan bəri keçmişdə baş verən bütün hərəkərləri haqqında məlumatı olur (məsələn, bütün oyunçuların əvvəldən başlayaraq hansı kartları var).

Tam məlumatlı Məlumat tam şəkildə verilmir
Deterministik
  • Şahmat
  • Şogi
  • Çin şahmatı
  • Dama
  • Qo
  • Qomoku
  • Heks
  • Mankala
  • Reversi
  • Nöqtələr və kvadratlar
  • Fatbol
  • Abalon
  • Bric
Stoxastik
  • Nərd
  • Monopoliya
  • Craps
  • Rulet
  • Parçisi
  • Poker
  • Blekcek
  • Skrəbbl
  • Risk
  • Macon
Üst