Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Məscidin təməli 2022-ci il 20 mart tarixində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub.

Suqovuşan məscidi

Vikipediya, azad ensiklopediya
Suqovuşan məscidi
Ölkə
  •  Azərbaycan

Suqovuşan məscidiAğdərə rayonunun Suqovuşan kəndində inşa edilmiş ibadət məkanı.

Tarixi

Məscidin təməli 2022-ci il 20 mart tarixində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub.

Məscidin tikintisi 2024-cü ildə tamamlanıb. Açılış mərasimi isə 2025-ci il 18 mart tarixində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə baş tutub.

Memarlıq xüsusiyyətləri

Məscid binasının uzunluğu 16,8 metr və eni 11,2 metrdir. Binaların və obyektlərin tikinti sahəsi 530 kvadratmetrdir.

İkimərtəbəli ibadət məkanının birinci mərtəbəsi kişilər, ikinci mərtəbəsi isə qadınlar üçün nəzərdə tutulub. İbadət ocağının daxilində xüsusi bəzək elementlərindən istifadə olunub. Məsciddə eyni vaxtda 100-dən çox insanın ibadət etməsi mümkündür.

Kompleksə köməkçi otaqlar, dəstəmaz otaqları, imam otağı, icma zalı, işçi otaqları və yataqxana bölməsi daxildir.

Üst