| Sus | |
|---|---|
| | |
| 39°37′48″ şm. e. 46°30′40″ ş. u.HGYO | |
| Ölkə |
|
| Region | Şərqi Zəngəzur iqtisadi rayonu |
| Rayon | Laçın rayonu |
| Əhalisi | |
| Əhalisi |
|
| Sus | |
Sus — Azərbaycan Respublikasının Laçın rayonunun Zabux kənd inzibati ərazi dairəsində kənd.
Etimologiya
Sus yerləşdiyi əraziyə uyğun olaraq ucalıq, dik durmaq (süst durmaq), zirvədə yerləşən məkan anlamlarını daşıyır.
Tarixi
28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Sus kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Sus Laçın rayonunun tərkibinə daxil edilmişdir.
1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 2020-ci ildə İkinci Qarabağ müharibəsidən sonra imzalanan 10 noyabr atəşkəs razılaşması ilə Rusiya sülhməramlılarının nəzarəti altına düşmüşdür. 2022-ci il avqustun 26-da Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir.
Toponimləri
Həkəri çayı ilə bağlı yer adları: Darrar, Gərriyin gölü, Ada, Çay yolu, Nikolay körpüsü (Padşahlı körpüsü də deyilirdi).
Örüşdəki bulaq adları: Korca bulaq, Şor bulaq, Əlik bulağı, Qara su, Mağalın bulağı, Damcılı bulaq.
Kənddəki bulaq adları: Quşquş bulağı, Dam bulaq, Sarının bulağı.
Bağ adları: Aşağı bağ, Havanın tutları, Almalıq, Şitillik, Zavod, Cırrıx, Qəninin şivliyi, Böyük bağ, Qaraşın bağı, Yahyanın bağı, Dəhnə.
Örüş adları: Şalvar zəmi, Qara tikanlı, Sulu daş, Haça daş, Sahverdi qalası, Əhəng quyusu, Xırman təpə, Alçalı dərə, Pərdili, Navlar, Navlar yolu, Daşatan, Daşatan yolu, Asdanın kahası, Cavadın çənəyi, Bədəlin çənəyi, Araq zavodu, Şamlıq, Karvan yolu, Güney yolu, Quzey yolu, Yanıq arduc, Haxçik ölən dərə, Adam itən, Böyük dərə, Kurkurrar, Qollu ağac, Yanıq armud, Mollayatan qaya, Zaman yerləri, Yolaşan, Sarayın yeri, Vəl divəyi, Böyük yer, Kalafalıq, Qədim ölən, Sarı meşə, Məmmədxanın armudu, Qıvıc ağacı, Arpa tələsi, Dadaşın çənəyi, Qanlı armud, Mərkiz, Qəmər oynayan, Qətər qaya, Sulu dərə, Mahmudun yalı, Keşiş qalağı, Yediyarın qəbri, Fərmanın palıdı, Xanların armudu, Top palıd, Fərmanın qozu, Vəlinin qozu, Dadaşın qozu, Nemətin palıdı, Çənəklər, Çuxurlar, Tələlər, Tək ağac, Muncuqlu təpə, Orucun daşı, Alının armudu, Böyük şırlan, Parçalar, Qabıq qayası, Qarı dərəsi, Yemişanın yanı, Meşədilər, Həmzəxan, Daşdı biçənək, Xudu xırmanı, Sus dərəsi, Nemətin biçənəyi, Xaçın yalı, Mollanın kahaları, Nemətin kahaları, Nemətin xırmanı, Sarının kalafası, Məmmədin kahası, Mahmudun yalı, İsmayılın biçənəyi.
Coğrafiyası
Sus kəndi Həkəri çayının sağ və Zabux çayının sol sahilində, Qarabağ vulkanik yaylasında yerləşir.
Qonşu kəndlər (əhatəsi): Zabux kəndi, Cağazur kəndi, Qızılca kəndi, çayın o tayında Laçın şəhəri (Abdallar kəndi), Bəylik kəndi, Ağanus kəndi, Karavız kəndi. Laçın şəhəriylə üz-üzə Mərkiz dağının ətəyində, Həkəri çayının sağ sahilində yerləşir.
Laçında teleötürücü qüllə bu kəndin ərazisində – Mərkiz dağının zirvəsindədir. Azərbaycandan Ermənictana və Naxçıvana gedən beynəlxalq nəqliyyat yolu, yüksəkgərginlikli elektrik xətti və yeraltı rabitə kabel xətti bu kəndin ərazisindən keçir. Məşhur Nikolay körpüsü də bu kəndin ərazisində tikilmişdi.
İqtisadiyyatı
Əsas təsərrüfatı heyvandarlıq, bağçılıq və əkinçilik idi. Həkəri çayı boyunca yüzlərlə tut, alma, gilas ağacları var idi. Əvvəllər kənd sakinləri tütünçülük və baramaçılıqla da məşğul olurdular.
Əhalisi
Əhali Türk Qaraçorlu tayfasının Şadmannı qoluna aiddir. Dadaşuşağı, Mərkizdilər, Şadmanlı, Cəfəruşağı, Almuradlılar kənddəki törəmələrdir.
1856-cı il "Qafqaz təqvimi"nə görə, əhalisi Azərbaycan dilində danışan şiə kürdlərdən ibarət olmuşdur. Lakin bu informasiya həqiqəti əks etdirmir.
- Vikipediya:Köhnəlmiş məqalələr
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Laçın rayonu qaralamaları
- Kənd qaralamaları
- Laçın rayonunun kəndləri