| Süleyman Qasımov | |
|---|---|
| |
| 2006 – 2023 | |
Vəzifədədir | |
| 2023-cü ildən | |
Vəzifədədir | |
| 2023-cü ildən | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 26 dekabr 1961 (64 yaş) |
| Doğum yeri |
|
| Partiya | Yeni Azərbaycan Partiyası |
| Təhsili | Azərbaycan Xalq Təsərrüfatı İnstitutu, Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyası |
| İxtisası | Iqtisadçı |
| Uşağı |
|
| Dini | İslam |
| Elmi fəaliyyəti | |
| Elmi dərəcəsi | iqtisad elmləri doktoru |
| Elmi adı | professor |
| İş yeri | Azərbaycan Respublikası Dövlət Neft Şirkəti |
| | |
| Təltifləri | |
Süleyman Mehrəli oğlu Qasımov (26 dekabr 1961, Faxralı, Bolnisi rayonu) — Azərbaycanın iqtisad elmləri doktoru, pofessor, SOCAR Türkiyə və SOCAR Ukrayna İdarə heyətinin üzvü, "Petkim"in İdarə Heyətinin sədri (iyul 2023 - noyabr 2023),Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının İqtisad üzrə Ekspert Şurasının sədri, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidenti (2006–2023)., Azərbaycan Respublikası Dövlət Neft Şirkəti prezidentinin iqtisadi məsələlər üzrə müşaviri.
Həyatı
Qasımov Süleyman Mehrəli oğlu 26 dekabr 1961-ci ildə Gürcüstan Respublikası, Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1982-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu, 2003-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir.
Fəaliyyəti
1982–1991-ci illər ərzində neft-qaz sənayesində müxtəlif vəzifələrdə (mühasib, iqtisadçı, baş mühasibin müavini, baş mühasib) çalışmışdır. 1991–2003-cü illərdə "Azərineft" Neft və Qazçıxarma Baş İdarəsinin "Xəzərdənizneftqaz", "Dənizdə neft və qazçıxarma" İstehsalat Birliklərinin baş mühasibi vəzifəsində işləmişdir. 2004–2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Baş Ofisində İqtisadiyyat və Uçot İdarəsinin şöbə rəisi, idarə rəisinin müavini, idarə rəisi olmuşdur.
2006-cı ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidentidir.
2022-ci ildən Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədəki törəmə şirkəti olan "Petkim Petrokimya Holding AŞ"nin ("Petkim") İdarə Heyətinin sədridir.
28 iyul 2023-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə ARDNŞ-nin vitse-prezidenti vəzifəsindən azad edilib.
31 iyul 2023-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti prezidentinin iqtisadi məsələlər üzrə müşaviri təyin edilmişdir.
SOCAR Türkiyə və SOCAR Ukrayna İdarə heyətinin üzvüdür. İqtisad elmləri doktorudur, 1 elmi əsər, 15-dən çox elmi məqalə müəllifidir.
Medal və ordenləri
- 2006-cı ildə "Tərəqqi" medalına layiq görülmüşdür.
- 2011-ci ildə "Şöhrət" ordeni ilə təltif edilmişdir.
- İstehsalatda əməyin məhsuldarlığına və məhsulun (əmtəənin) keyfiyyətinin yaxşılaşmasına, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artmasına təsir edən yüksək göstəricilərə görə, Azərbaycan Respublikası Prezidentinin əmri ilə, II dərəcəli “Əmək ordeni” ilə təltif edilib.
- 26 dekabrda doğulanlar
- 1961-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Faxralıda doğulanlar
- "Şöhrət" ordeni ilə təltif edilənlər
- 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilənlər
- "Tərəqqi" medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan iqtisadçıları
- Azərbaycanlı iqtisadçılar
- SOCAR-ın vitse-prezidentləri
