| Sümeyyə Ərdoğan | |
|---|---|
| türk. Sümeyye Erdoğan | |
| |
| Doğum tarixi | 22 avqust 1985 (40 yaş) |
| Doğum yeri |
|
| Həyat yoldaşı | |
| Atası | Rəcəb Tayyib Ərdoğan |
| Anası | Əminə Ərdoğan |
| Təhsili |
|
| Fəaliyyəti | biznes ledi, iqtisadçı |
Sümeyyə Ərdoğan Bayraktar (22 avqust 1985, İstanbul) — Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dördüncü övladı, Səlçuk Bayraktarın həyat yoldaşı. 2013-cü ildə o, vaxtilə ölkənin baş naziri vəzifəsini icra edən atasının əsas məsləhətçilərindən biri idi.
Erkən illəri və təhsili
Sümeyye Erdoğan 22 avqust 1985-ci ildə İstanbulda Rəcəb Tayyib və Əminə Ərdoğanın ailəsində anadan olub. Əhməd Burak, Nəcməddin Bilal adlı qardaşları və Esra adlı bacısı var.
Kadıköy Yabancı Dil Ağırlıklı İmam Hatip liseyini bitirib. Ali təhsilini ABŞ-da alıb. O, İndiana Universitetinin İctimai və Ətraf Mühit məsələləri məktəbinin Siyasi Araşdırmalar fakültəsinə qəbul olub. 2005-ci ildə Sümeyyə Ərdoğan İndiana Universitetinin Siyasi Araşdırmalar üzrə bakalavr dərəcəsinı aldı. 2008-ci ildə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin iqtisadiyyat fakültəsini magistr dərəcəsilə bitirdi.
Karyerası
Sümeyyə Ərdoğan ali təhsilini başa vurduqdan sonra Ankarada İslam Əməkdaşlıq Təşkilatının Statistika, İqtisadi və Sosial Təlim və Araşdırma Mərkəzində (SESRIC) ekspert vəzifəsində işləyib. Rəcəb Tayyib Ərdoğan prezident seçilənə qədər Sümeyyə dörd il atasının xüsusi siyasi müşaviri vəzifəsində çalışıb. Son bir ildə o, rəsmi olaraq AK Partiya sədrinin müşaviri vəzifəsini icra edib. O, ölkəyə səfərləri zamanı insanları dinləyib, onların müraciətləri ilə bağlı partiyanın müvafiq şöbələrini məlumatlandırıb və insanlara kömək edib.
2014-cü ilin avqustunda Sümeyyə bu vəzifədən istefa verdi. İstefasından sonra o, vətəndaş cəmiyyəti işinə diqqət yetirdi və Qadınlar və Demokratiya Dərnəyinin (KADEM) vitse-prezidenti kimi fəaliyyətə başladı.
Şəxsi həyatı
Sümeyyə 2016-cı ilin mart ayında Səlcuq Bayraqdarla nişanlandı və 14 may 2016-cı ildə onunla ailə həyatı qurdu. 13 avqust 2017-ci ildə cütlüyün qızı Canan Aybüke, 9 yanvar 2024-cü ildə Asım Özdemir adlı oğlu dünyaya gəldi.
- 22 avqustda doğulanlar
- 1985-ci ildə doğulanlar
- Yaşayan insanlar
- İstanbulda doğulanlar
- İndiana Universitetinin məzunları
- Türkiyənin qadın siyasətçiləri
- Türkiyə qadınları
- Dövlət başçılarının övladları
- Prezidentlərin övladları
- Rəcəb Tayyib Ərdoğan
- İndiana Universiteti Bluminqton məzunları
- Şişlidə doğulanlar
