Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Sünəni-İbn Macə (ərəb. سُنن ابن ماجة‎) — Əhli-Sünnənin hədis ədəbiyyatında ən güvənilən hədis kitabları olaraq qəbul edilən altı kitabdan (Kutubi-sittənin) biri

Sünəni-İbn Macə

Vikipediya, azad ensiklopediya
Sünəni-İbn Macə
Müəllif İbn Macə
Orijinalın dili ərəb dili

Sünəni-İbn Macə (ərəb. سُنن ابن ماجة) — Əhli-Sünnənin hədis ədəbiyyatında ən güvənilən hədis kitabları olaraq qəbul edilən altı kitabdan (Kutubi-sittənin) biridir. Müəllifi İbn Macədir (824–887). Əsərin əsil adı "Kitəbus-Sünən" olsa da müəllifinə nisbətlə "Sünəni-İbn Macə" adlandırılır.

Haqqında

Müəllif

Əl-Hafiz Əbu Məhəmməd ibn Yəzid ibn Macə əl-Qəzvini 824-cü ildə Qəzvin şəhərində doğulub. 22 yaşından hədis toplamaq məqsədilə Misir, Xorasan, Rey, İraq, Hicaz və başqa yerlərə səfər etmiş və ən məşhur əsəri olan "Kitəbus-Sünən" əsərini yazmışdır. İbn Macə 887-ci ildə vəfat etmişdir.

Əsər

Kitab cildlərə bölünür (cildlərin sayı nəşr edildiyi zamana, məkana və nəşriyyata görə dəyişir). Müəllif əsəri 5 cilddə tərtib etmişdir. Hər cilddə kitablar və hər kitabda da bablar var. Hər kitabda kitaba uyğun bablar və hər babda da mövzuya uyğun hədislər vardır. Ümumilikdə isə müəllif kitaba 4341 hədis yığmışdır.

Nəşrləri

Kitab ərəb dilində bir neçə dəfə nəşr olunub:

  • Sünən İbn Macə, Məktəbə əl-İlmiyyə, Beyrut.
  • İbn Macə, əs-Sünən, "Məktəbətul-Maarif lil-Nəşr vəl-Təuzi", ər-Riyad, Səudiyyə Ərəbistanı, 1417/1997; təhqiq: Nəsirəddin əl-Albani və Məşhur ibn Həsən Al Salman.

Kitab Türk dilinə tərcümə olunub və nəşr olunub:

  • İbn Mace, "Sünen-i İbn-i Mace" Tercüme ve Şerhi, çeviren: Haydar Hatipoğlu, "Kahraman" Yayınları, 10 cilt.

Həmçinin bax

Üst