Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Səbzikar qəbiristanlığı — Azərbaycanın Gəncə şəhərində yerləşən tarixi qəbiristanlıq. Qəbiristanlığın ərazisində 18 tarixi türbə yerləşir. Bundan başqa burada b

Səbiskar qəbiristanlığı

40°40′06″ şm. e. 46°20′55″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Qəbiristanlıq
Səbzikar qəbiristanlığı
Xəritə
Ölkə Azərbaycan Azərbaycan
Şəhər Gəncə Gəncə
İlk məlumat XVI əsr
Sahəsi
  • 7 ha
40°40′06″ şm. e. 46°20′55″ ş. u.HGYO
Səbzikar qəbiristanlığı xəritədə
Səbzikar qəbiristanlığı
Səbzikar qəbiristanlığı
Səbzikar qəbiristanlığı xəritədə
Səbzikar qəbiristanlığı
Səbzikar qəbiristanlığı

Səbzikar qəbiristanlığı — Azərbaycanın Gəncə şəhərində yerləşən tarixi qəbiristanlıq. Qəbiristanlığın ərazisində 18 tarixi türbə yerləşir. Bundan başqa burada bir çox görkəmli Azərbaycan xadimləri də dəfn olunublar. Qəbiristanlığın ərazisində yerləşən Əsgər ağa Gorani türbəsi yerli əhəmiyyətli memarlıq abidəsidir.

Haqqında

Qəbiristanlıq müxtəlif fərziyyələrə əsasən ya XVI ya da XIX əsrə aid edilir. Sahəsi 7 hektardır. Burada bir çox məşhur azərbaycanlılar dəfn olunublar. Bundan başqa qəbiristanlıqda müxtəlif heykəllər və qırmızı kərpicdən tikilmiş dörd və səkkiz tağlı 18 türbə var. Qəbiristanlığın ərazisində yerləşən Əsgər ağa Gorani türbəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Türbələr Əsgər Ağa Adıgözəlzadənin, Hacı Mir Qasım Həmzəyevin, İskəndər xan Xoyskinin, Batman Qılınc Dünbülünün, Mirmütalib Qubəli oğlunun, Hacı Səməd Xəlilzadənin, Hacı Vaqif Vəliyevin və digərlərinin xatirəsinə məzarları üstündə tikilib. Türbələrdən başqa burada Gəncə əhalisinin adətinə uyğun olaraq bütün ailə üzvləri üçün nəzərdə tutulmuş sərdabə qəbirlər də mövcuddur.

2009–2011-ci illərdə qəbiristanlığın ərazisində "Difai fədailəri" memorial kompleksi tikilib. Bu kompleksdə Cavad xanın, Şah İsmayıl Xətainin, Səttar xanın, Şeyx Məhəmməd Xiyabaninin, Seyid Cəfər Pişəvərinin, Məhəmməd Əmin Rəsulzadənin, Əlimərdan bəy Topçubaşovun, Nəsib bəy Yusifbəylinin, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Xudadat bəy Rəfibəylinin, Cahangir bəy Kazımbəylinin, Sarı Ələkbərin, Abidli Əliqara Məmmədli kimi görkəmli şəxsiyyətlərin büstləri ucaldılıb.

Qəbiristanlıqda dəfn olunanlar

  • Abdulla Sur — ədəbiyyatşünas, tənqidçi.
  • Asim Qazıyev — şair, pedaqoq.
  • Əsgər ağa Gorani — yazıçısı, maarifçi, teatr xadimi və ictimai xadim.
  • Əşrəf Yusifzadə — Azərbaycanın SSR xalq artisti, teatr aktyoru.
  • İsmayıl Talıblı — Azərbaycan SSR xalq artisti, aktyor.
  • Qurban Abbasov — Azərbaycanın SSR əməkdar artisti, teatr aktyoru.
  • Məmmədtağı Cəfərov — Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, kənd təsərrüfatı elmləri doktoru, professor.
  • Reyhan Tağıyeva — Gürcüstan SSR əməkdar artisti, Gəncə Dram Teatrının aktrisası.
  • Mirzə Məhəmməd Axundzadə — şair, publisist, tərcüməçi, folklorşünas, filoloq alim, dramaturq.
  • Kifayət Gəncəli — Azərbaycan Respublikasının əməkdar artisti, xanəndə.
  • Kərim Sultanov — Azərbaycan SSR əməkdar artisti, aktyor.

Həmçinin bax

Üst