| Mahal | |
| Sədənrud mahalı | |
|---|---|
| Daxildir | |
| Naib | Hacı Abdulla bəy |
| Əhalisi | |
| Əhalisi | 1210 ailə nəfər |
![]() Şirvan xanlığının mahalları. 18-ci əsrin sonu | |
Sədənrud və ya Sərdərin mahalı — Şirvan xanlığının inzibati ərazilərindən biri.
Tarixi
Ucar, Göyçay, Sabirabad, Kürdəmir və Ağdaş rayonlarının ərazisində mövcud olmuşdur.
Mahalın naibi Hacı Abdulla bəy idi.
Əhalisi
1821-ci ildə 9 oba (Muğanlı, Türkman, Müsüslü, Murtı, Xəlilli, Kürd, Şıxlı, Bağırbəyli, Cakirli) və 37 kənddə (Bərgüşad, Qaracallı, Şıxəmir, Hacalı, Şəkili, Yalmən, Dulusçu çarxı Yenikənd, Qaziyan, Bığır, Çiyni, Çaxırlı, Əlikəndi, Şıxbəy, Mollahacılı, Qaraxıdır, Danabasan Türkədi, Məlikkəndi və Alpı, Kəlbəndə, Qurd, Şaharxı, Ləki, Çərəkə, Bevdəvil, Kürdşaban, Alxasova, Qulabənd, Çayarxı, Pirkəndi Küçəgədi, Qarabucaq, Şıxnəsir, Alpout, Şəkər, Keşxurd, Ərəb, Ərəb, Bozavand) 1210 ailə yaşayırdı.
İqtisadiyyatı
Sərdərin mahalının sakinləri əkinçilik, maldarlıq, xalçaçılıq, üzümçülük və baramaçılıqla məşğul olurdular.
Həmçinin bax
- Əlifba sırasına görə inzibati vahidlər
- Şirvan xanlığının mahalları
