| Səfa Mirzəyev | |
|---|---|
![]() Səfa Mirzəyev Polşa Senatında, 2007-ci il | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 12 may 1952 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 22 iyul 2024 (72 yaşında) |
| Vəfat yeri |
|
| Dəfn yeri |
|
| Partiya |
|
| Fəaliyyəti | siyasətçi |
| Elmi fəaliyyəti | |
| Elmi dərəcəsi |
|
| | |
| Təltifləri | |
Səfa Abbas oğlu Mirzəyev (12 may 1952, Bakı – 22 iyul 2024, Bakı) — Azərbaycan hüquqşünası və ictimai-siyasi xadimi, hüquq üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri (1997–2022), həqiqi dövlət müşaviri, Azərbaycan Respublikasının əməkdar dövlət qulluqçusu (2006).
Həyatı
Səfa Abbas oğlu Mirzəyev 1952-ci il mayın 12-də anadan olub.
Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
1978–1990-cı illərdə Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dekan müavini və dosent vəzifələrində çalışıb. Hüquq üzrə fəlsəfə doktorudur.
1990–1992-ci illərdə SSRİ Konstitusiya Nəzarəti Komitəsində komitə üzvü kimi fəaliyyət göstərib.
1992-ci ildən Milli Məclis Aparatında işləyir. Ali Sovet Katibliyinin hüquq təminatı və nəzarəti şöbəsinin müdiri, katibliyin rəisi, baş katibi, Milli Məclis Katibliyinin rəhbəri olub.
6 fevral 1997-ci ildən Milli Məclis Aparatının rəhbəri idi.
1995-ci ildə Azərbaycan Respublikasının yeni konstitusiya layihəsini hazırlayan komissiyanın üzvü olmuşdur.
Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 22 iyun 2006-cı ildə "Azərbaycan Respublikasının əməkdar dövlət qulluqçusu" fəxri adı, 11 may 2012-ci ildə "Şöhrət" ordeni, 11 may 2022-ci ildə isə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
13 may 2022-ci ildə Milli Məclisin Aparat rəhbəri vəzifəsindən azad edilib. O, son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Səfa Mirzəyev 22 iyul 2024-cü ildə vəfat edib. II Fəxri Xiyabanda dəfn olunub.
Kitabları
- Mirzəyev S. A. Qanunçuluq və hüquq qaydaları. Bakı, 1980.
- 12 mayda doğulanlar
- 1952-ci ildə doğulanlar
- Bakıda doğulanlar
- 22 iyulda vəfat edənlər
- 2024-cü ildə vəfat edənlər
- 72 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- II Fəxri Xiyabanda dəfn olunanlar
- Yeni Azərbaycan Partiyasının üzvləri
- Hüquq üzrə fəlsəfə doktorları
- "Şöhrət" ordeni ilə təltif edilənlər
- 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilənlər
- Azərbaycan Respublikasının əməkdar dövlət qulluqçuları
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan hüquqşünasları
- Azərbaycanlı hüquqşünaslar
