Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Səfurə (Safurə) Ağabala qızı İbrahimova (27 dekabr 1938, Bakı – 21 dekabr 2020, Bakı) — Azərbaycan kino və teatr aktrisası, Azərbaycan Respublikasının xalq arti

Səfurə İbrahimova

Vikipediya, azad ensiklopediya
Səfurə İbrahimova
Digər adı Safurə İbrahimova
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR
Vəfat tarixi (81 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Dəfn yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti aktrisa
Fəaliyyət illəri 1960–2005
Təhsili Azərbaycan Dövlət Teatr İnstitutu
Teatr Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2002 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1974 Azərbaycan SSR Dövlət mükafatı — 1984
IMDb ID1192277

Səfurə (Safurə) Ağabala qızı İbrahimova (27 dekabr 1938, Bakı21 dekabr 2020, Bakı) — Azərbaycan kino və teatr aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2002), Azərbaycan SSR dövlət mükafatı laureatı (1984).

Həyatı

Safurə İbrahimova 1938-ci il dekabr ayının 27-də Bakıda anadan olub. 1955-ci ildə 14 saylı orta məktəbi bitirib. 1955–1960-cı illərdə "Stalinneft"də, 44 saylı orta məktəbdə işləyib, dram dərnəyinə gedib. O, 1960-cı ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Birinci kursda oxuyarkən Akademik Milli Dram Teatrının repertuarında olan İslam Səfərlinin "Ana ürəyi" dramının tamaşasında Xatirə roluna dəvət edilib. Bundan sonra daha bir neçə rol oynayan tələbə-aktrisa 1961-ci il noyabr ayının 1-də Akademik teatrın truppasına daxil olub. Səfurə İbrahimova 2005-ci ilə qədər bu teatrda işləyib.

1967-ci ildə SSRİ dövründə Novruz bayramı keçirilərkən ilk bahar qızı Səfurə İbrahimova olub. Aktrisa 21 dekabr 2020-ci ildə vəfat edib.

Mükafatları

  • "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1 iyun 1974
  • Azərbaycan SSR dövlət mükafatı — 27 aprel 1984 (Mehdi Məmmədovun quruluşunda Hüseyn Cavidin "İblis" faciəsində Rəna rolunun ifasına görə)
  • Azərbaycan Respublikası Prezidentinin II dərəcəli mükafatı — 26 iyul 2002
  • "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 24 dekabr 2002
  • Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 5 iyul 2003

Filmoqrafiya

İlFilmin növüFilmRol
1970Bədii filmSevilDilbər
1965Bədii filmArşın mal alanTelli
1974Bədii filmQatır MəmmədHəbibə
1975Bədii filmAlma almaya bənzərMədinə
1969Bədii filmBizim Cəbiş müəllimNəcəfovun arvadı
1961Bədii filmBizim küçəAsya
1975Bədii filmTütək səsiİsmət
1976Bədii filmDərviş Parisi partladırSənəm
1978Bədii filmQayınanaSədaqət
1966Bədii filmİstintaq davam edirMəryəm
1981Bədii filmƏlavə izLeyla
1994Bədii filmHökmSuğra
1990Bədii filmQətl günüSədi Əfəndinin arvadı
1970Bədii filmO qızı tapınXalidə
1989Bədii filmSahilsiz gecəDürdanə
1989Bədii filmTəxribatAida
1997Sənədli filmMin birinci sözarxiv kadr iştirakçısı
1987Film-tamaşaSən həmişə mənimləsənNəzakət
1977Musiqili filmŞir evdən getditülkü
1965Televiziya filmiYun şalSüdabə

Teatr səhnəsindəki rolları

İfa etdiyi əsas rollar
TamaşaMüəllifRol
XəyyamHüseyn CavidVəfa və Vəfanın qızı
KnyazHüseyn CavidJasmen
VaqifSəməd VurğunGülnar və Tamara
İnsanSəməd VurğunTatyana
Anamın kitabıCəlil MəmmədquluzadəZəhrabəyim
ÖlülərCəlil MəmmədquluzadəNazlı
HamletUilyam ŞekspirOfeliya
ZıkovlarMaksim QorkiPavla
Mariya TüdorViktor HüqoCen
Canlı meyitLev TolstoySaşa
Pəri caduƏbdürrəhim bəy HaqverdiyevHafizə
SevilCəfər CabbarlıSevil
Həyatın dibindəMaksim QorkiVasilisa Karpovna
Dişi canavarFederiko Qarsia LorkaPrudensiya
SənsizŞıxəli QurbanovMaral
Darıxma, ana!Nodar DumbadzeDaduno
Əks-sədaNəbi XəzriÇinarə
Yad adamLeonqard FrankMişel
Qisas qiyamətə qalmazNahid HacızadəSalatın
Hökmdar və qızıİlyas ƏfəndiyevTubu xanım
Köhnə evƏli ƏmirliMələk
KüləklərSabit RəhmanRoza
XoşbəxtlərSabit Rəhmanİnci
Əliqulu evlənirSabit RəhmanQumral
ToySabit RəhmanKamilə
DəlilərLope de VeqaFernando
Çarəsiz dələduzRaffaele VivianiYelena
Füsunkar qızMikolaş DyarfaşKarola
Adamın adamıAnarBalaxanım

Qeydlər

  1. Oğlan roludur
Üst