| Səfərdərə dağı | |
|---|---|
| Ümumi məlumatlar | |
| Dağ sistemi | Kiçik Qafqaz |
| Mütləq hündürlüyü | 3826,4 m |
| Yerləşməsi | |
| 39°06′59″ şm. e. 46°00′58″ ş. u.HGYO | |
| Ölkə | |
| Rayon |
|
| Səfərdərə dağı | |
Səfərdərə dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 3826,4 m). Zəngəzur silsiləsinin suayırıcısında zirvə. Qapıcıq və Yağlıdərə dağlarının arasında, Parağaçayın mənbə hissəsindədir. Mehri-Ordubad batolitinin Üst Eosen yaşlı qabbro, qabbro-diorit, mansodiorit, qranosiyenit və monsoqranodioritlərindən təşkil olunmuş sıldırım yamaclı, günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb cinahında yerləşir.
SƏPƏRDƏRƏ DAĞI – Ordubad rayonu ərazisində Səfərdərə dağının əhali arasında işlədilən başqa adı.
Həmçinin bax:
- Almalıdağ
- Alçalıdağ
- Elti dağı
- Qız-gəlin dağı
Kateqoriyalar:
- Əlifba sırasına görə dağlar
- Ordubad rayonunun dağları