| Səfərli kəndi gürc. სოფელი საფარლო (sopeli saparlo) | |
|---|---|
| საფარლო | |
| 41°18′10″ şm. e. 44°18′04″ ş. u.HGYO | |
| Ölkə |
|
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 1.070 m |
| Əhalisi | |
| Əhalisi |
|
| Rəqəmsal identifikatorlar | |
| Telefon kodu | +995 (360) |
| Poçt indeksi | 1714 |
![]() | |
Səfərli — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd.
Coğrafi mövqeyi
Səfərli kəndi rayon mərkəzindən 16 km. cənub-şərqdə, paytaxt Tiflisdən təqribən 80 km. cənub-qərbdə dəniz səviyyəsindən 950-980 metr yüksəklikdə yerləşir. Qonşu kəndləri Məmişli, Hamamlı və Əngirəvan kəndləridir.
Əhalisi
Kənd əhalisinin sayı 738 nəfərdir (2002-ci il siyahıyaalması). Sakinlərin 45,7%-i kişilər, 54,3%-i isə qadınlardır. Əhalinin cinsi tərkibində belə disbalans sosial vəziyyətin çətinliyi və yüksək işsizlik nəticəsində getdikcə dramatik xarakter alan əmək axını ilə əlaqədardır. Sakinlərin 99%-i etnik azərbaycanlılardır.
İqtisadiyyatı
Səfərli kəndinin əsas təsərrüfatçılıq sahəsi heyvandarlıqdır.
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Dmanisi bələdiyyəsinin yaşayış məntəqələri
