Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Serial məktəbli qızının intiharından sonra qisas almaq istəyən personajın törətdiyi qətllərdən bəhs edir. O, qızının ölümündə günahkar bildiyi insanları bir-bir

Səkkiz (serial)

Vikipediya, azad ensiklopediya
Səkkiz
Serialın posteri.
Serialın posteri.
Janr triller
Rejissor Hikmət Rəhimov
Prodüser İslam Ağa (baş), Elsəvər Camal, Azər Səlimli
Ssenarist Hikmət Rəhimov, Azər Səlimli, Könül İsayeva Səlimli, Könül Məmmədova, İslam Qasım
Rollarda Hikmət Rəhimov,
Rasim Cəfər,
Yeganə Hüseyinli,
Elşən Rüstəmov,
Loğman Kərimov,
Sənan Əlləz,
Zülfiyyə Qurbanova
Yaş reytinqi 18+
Şüar Hər addım - sona bir addım
İstehsalçı ölkə Azərbaycan Azərbaycan
İl 2026
Dil azərbaycanca
Rəng rəngli
Mövsüm sayı 1
Seriya sayı 12
Davametmə müddəti 40-45 dəq.
Telekanal ARB

"Səkkiz" – 2026-cı ildə yayımlanmış Azərbaycan psixoloji triller serialı.

Məzmun

Serial məktəbli qızının intiharından sonra qisas almaq istəyən personajın törətdiyi qətllərdən bəhs edir. O, qızının ölümündə günahkar bildiyi insanları bir-bir izləməyə başlayır.

Rollarda

Filmin aktyor heyətinə Hikmət Rəhimov, Rasim Cəfər, Yeganə Hüseyinli, Elşən Rüstəmov, Loğman Kərimov, Sənan Əlləz və Zülfiyyə Qurbanova daxildir. Hikmət Rəhimov hər gün qrim olunmağın ona çətin gəldiyini bildirmişdir. O, təcrübəli qrim ustası tapa bilmədiyindən rolu canlandırmaq üçün 4 dişindən imtina etmiş, qaşını və saçını qırxmışdır. O, hətta bildirmişdi ki, oğlu onun xəstə olduğunu düşünərək ağlamışdır.

İstehsal

Serial ARB kanalının sifarişi ilə çəkilmişdir. Serialın baş prodüseri İslam Ağa, quruluşcu rejissoru Hikmət Rəhimov, prodüserləri Elsəvər Camal və Azər Səlimli, icraçı prodüseri Aydın Səlimli, səs rejissoru Kənan Güləhmədovdur. Serialın ssenaristləri Hikmət Rəhimov, Azər Səlimli, Könül İsayeva Səlimli, Könül Məmmədova və İslam Qasımdır.

Serialın rejissoru Hikmət Rəhimov bir müsahibəsində qeyd etmişdir ki, serialın ideyasını 2018 və ya 2019-cu ildə fikirləşmişdir. Rejissor serialın ideyasının şəxsi müşahidələrdən qaynaqlandığını bildirmişdir. O, əvvəlcə serial yox, film kimi çəkməyi planlaşdırmışdı. Həmin vaxt iş qaralama versiyasında idi və maliyyə problemləri səbəbilə layihə baş tutmamışdır. 2025-ci ildə ARB kanalının prodüseri İslam Ağa onunla əlaqə saxlamış və o, İslam Ağaya bu işi təklif etmişdir. Rəhimov ssenarini əvvəlcə Azər Səlimli ilə yazmağa başlamış, daha sonra digər ssenaristlər heyətə qoşulmuşdur.

Serialın çəkilişləri 2025-ci ilin oktyabrında başlamış, 44 gün davam etmiş və 2025-ci ilin dekabrının əvvəlində yekunlaşmışdır. Serialda aktyor kimi də rol alan Hikmət Rəhimov indiyə qədər çəkdiyi işlər arasında ən uzun çəkilişlərin bu serial üzərisində getdiyini bildirmişdir. Çəkiliş məkanları üçün axtarışlar 2025-ci ilin avqustunda başlamışdır. Serialın bəzi çəkilişləri Biləsuvarda baş tutmuşdur.

Buraxılması

Serialın ilk seriyasının premyerası 26 dekabr 2025-ci ildə kinoteatrda baş tutmuşdur. Serial 10 yanvar 2026-cı ildə ARB kanalında yayımlanmağa başlamışdır. Serialın seriyaları "Park Cinema" tərəfindən hissələr şəklində nümayiş etdirilir.

Senzura

Serialın birinci seriyasında personajlardan biri söyüşdən istifadə etmiş və yayım zamanı bu səsləndirmə texniki vasitələrlə məhdudlaşdırılmamışdır. Audiovizual Şura bunun qanun pozuntusu olduğu bildirmiş və serialın yayımlanması dayandırılmışdır. Bundan əlavə, ARB kanalının yayımı 15 yanvarda 3 saatlıq dayandırılmışdır. Bunun ardından "Park Cinema" da serialın nümayişini dayandırmışdır. Aparılan müzakirələrdən sonra serialın televiziyada yayımı və kinoteatrdakı nümayişi bərpa olunmuş, ikinci seriya 24 yanvarda yayımlanmışdır.

Üst