| Səməd Mərdanov | |
|---|---|
| |
| Doğum tarixi | |
| Doğum yeri | Tbilisi, Gürcüstan |
| Vəfat tarixi | |
| Vəfat yeri | Bakı |
| Fəaliyyəti | Rejissor |
| Təhsili |
|
| IMDb | ID0546245 |
Səməd Həşim oğlu Mərdanov (22 sentyabr 1909, Tiflis – 6 avqust 1939, Bakı) — Azərbaycan kinorejissoru.
Həyatı
1935-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirmişdir. Sovet kino rejissoru Sergey Eyzenşteynin tələbəsi və peşəkar təhsil almış ilk Azərbaycan kinematoqrafçılarından biri olan Mərdanovun yaradıcılığı milli kino sənətinin inkişafına təsir göstərmişdir. Mərdanov ilk sovet kinokomediyalarından olan "Mavi dənizin sahilində" (quruluşçu rejissor Boris Barnet; "Azərfilm" və "Mejrabpomfilm" (Moskva) kinostudiyalarının birgə istehsalı) filminin rejissorudur. Mərdanovun 1939-cu ildə çəkdiyi "Kəndlilər" (1940-cı ildə ekrana buraxılmışdır) tarixi-inqilabi bədii filmi Azərbaycan kinosunun qızıl fonduna daxildir.
Əlavələr
- Aktyor Mustafa Mərdanovun qardaşıdır.
Filmoqrafiya
- Köçərilər (film, 1933)
- Mavi dənizin sahilində (film, 1935)
- Kəndlilər (film, 1939)
- 22 sentyabrda doğulanlar
- 1909-cu ildə doğulanlar
- 29 yaşında vəfat edənlər
- 6 avqustda vəfat edənlər
- 1939-cu ildə vəfat edənlər
- Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun məzunları
- Əlifba sırasına görə film sənətçiləri
- Tbilisidə doğulanlar
- Bakıda vəfat edənlər
- Azərbaycan kinorejissorları
- İkinci rejissorlar
- SSRİ kinorejissorları
