Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Səngəçal karvansarası — orta əsrlər dövrünə aid olan karvansara. Karvansara Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində yerləşir. Bakıdan 45 km cə

Səngəçal karvansarası

  • Ana Səhifə
  • Səngəçal karvansarası

Səngəçal karvansarası — orta əsrlər dövrünə aid olan karvansara. Karvansara Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində yerləşir. Bakıdan 45 km cənubda yerləşən karvansara Bakı-Salyan yolu üzərində qərarlaşır. XIX əsrdə karvan yollarının əhəmiyyətini itirməsi ilə karvansara fəaliyyətini dayandırmışdır.

Səngəçal Karvansaray
Ölkə  Azərbaycan
Şəhər Bakı
Yerləşir Səngəçal
Aidiyyəti Şirvanşahlar
Tikilmə tarixi 1439-40 illər
Üslubu Şirvan-Abşeron memarlıq məktəbi
Vəziyyəti fəaliyyəsiz
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
40°13′ şm. e. 49°30′ ş. u.HGYO
Xəritə
Sangaçal Karvansaray (Azərbaycan)
Nöqtə
Sangaçal Karvansaray
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Səngəçal karvansarasında qonaq və xidmətçilər üçün otaqlar, həmçinin yardımçı təsərrüfat tikililərinə sahibdir. Tikili dördbucaqlı formada inşa edilmişdir. İki mərtəbəlidir. Binanın pəncərələri, dekor elementləri, tikili quruluşu onu bir istehkama bənzədir. Bina mişar daşından inşa edilmişdir Binanın fasadında olan kitabədə karvansaranın şirvanşah I Xəlilullahın göstərişi ilə 1439–40-cı illərdə inşa edilməsi qeyd olunur.

Hal-hazırda baxımsız qalaraq, əsaslı bərpaya ehtiyacı var.

Səngəçal karvansarası Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə ölkə əhəmiyyətli memarlıq abidəsi kimi reyestrə daxil edilib.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən 2022-ci ildə bildiriblər ki, ölkə əhəmiyyətli memarlıq abidəsi olan bu karvansaranın bərpa olunaraq, istifadə olunması məsələsi diqqətdə saxlanılır: “Dövlət Xidmətinin rəhbərliyi də həmin abidədə olub, tarixi tikilinin mühafizəsi və gələcək nəsillərə tam şəkildə çatdırılması üçün müvafiq addımların atılacağını bildirib. Onu da qeyd edək ki, abidə bərpa olunması üçün investisiya planına salınıb. Vəsait ayrıldıqdan sonra bərpa işlərinə başlanılacaq".

Şəkillər

Həmçinin bax

  • Qaraçı karvansarası
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 27, 2026

    Rafael İsgəndərov

  • Aprel 16, 2026

    Məcburi köçkünlər

  • Mart 26, 2026

    Anhel şəlaləsi

  • Mart 26, 2026

    Əli

  • Mart 26, 2026

    Ramazan bayramı

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst