Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya

2023 Türkiyə prezident seçkiləri — 14 may 2023-cü ildə Türkiyədə keçirilmiş prezident seçkiləri. Parlament seçkiləri ilə eyni gündə keçirildi. Ərdoğan bir açıql

Türkiyədə prezident seçkiləri (2023)

  • Ana Səhifə
  • Türkiyədə prezident seçkiləri (2023)

2023 Türkiyə prezident seçkiləri — 14 may 2023-cü ildə Türkiyədə keçirilmiş prezident seçkiləri. Parlament seçkiləri ilə eyni gündə keçirildi. Ərdoğan bir açıqlamasında 1950-ci ildəki seçkilərə istinad edərək seçkilərin vaxtından əvvəl, 14 may 2023-cü ildə keçirilə biləcəyinin mümkünlüyünü açıqlamışdı. Bəzi müxalif partiyalar da bu tarixi seçki günü olaraq qəbul etmişdir. 6 fevral 2023-cü ildə baş verən Türkiyə–Suriya zəlzələsindən sonra seçkilərin keçirilib-keçirilməcəyi barədə suallar yarandı, seçkilərin təxirə salınması barədə çağırışlar oldu. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən 10 mart 2023-cü ildə imzalanan sərəncama əsasən, seçkilərin 14 may 2023-cü ildə keçirilməsi qərarlaşdırıldı. Seçkilər əvvəlcə iyunun 18-də keçirilməli idi, lakin hökumət universitet imtahanları, həcc ziyarəti və yay tətilinin başlaması ilə üst-üstə düşməməsi üçün seçkilərin tarixini bir ay önə çəkdi. Seçkilərin ikinci turu 28 mayda keçirildi.

← 2018  Türkiyə  Növbəti →
2023 Türkiyə prezident seçkiləri
  • 14 may 2023 (birinci tur)
  • 28 may 2023 (ikinci tur)
Seçici fəallığı
87.04% (birinci tur)
84.3% (ikinci tur)
Namizəd Rəcəb Tayyib Ərdoğan Kamal Kılıçdaroğlu
Partiya AKP CHP
İttifaq Cümhur İttifaqı Millət İttifaqı
Səslər 27,725,131
(52.16%)
25,432,951
(47.84%)

     Rəcəb Tayyib Ərdoğan •      Kamal Kılıçdaroğlu

Ümumilikdə Türkiyədə 60,9 milyon, xaricdə isə 3,2 milyon olmaqla, 64 milyon seçicinin seçkilərdə səs vermək hüququ olduğu təxmin edilir.

İlk turda Ərdoğan və Sinan Oğan müvafiq olaraq 49,5% və 5,2% səs topladılar. Kılıçdaroğlu 44,9%, Məhərrəm İncə isə geri çəkilməsinə baxmayaraq 0,4% səs topladı. Ərdoğan səslərin mütləq çoxluğundan 0,5% az səs aldığı üçün Kılıçdaroğlu ilə mayın 28-ində keçiriləcək seçkilərin ikinci turunda mübarizə apardı. Oğan Ata İttifaqının dağılmasının nəticəsi olaraq, 2-ci turda Ərdoğanı, ittifaqın ən böyük partiyası olan Zəfər Partiyasının lideri Ümid Özdağ Kılıçdaroğlunu dəstəklədi. Məhərrəm İncə isə öncədən seçkilər 2-ci tura qaldığı halda, Kamal Kılıçdaroğlunu dəstəkləyəcəyini bildirsə də, sonradan tərəfsiz qalmışdır.

Seçkilərin 2-ci turunda Ərdoğan 27,725,131 seçicinin səsini toplayaraq səslərin 52.16%-ni almış və 3-cü dönəm üçün yenidən prezident seçilmiş, Kılıçdaroğlu isə 25,432,951 səs toplayaraq səslərin 47.84%-ni almış və seçkiləri 2-ci sırada tamamlamışdır.

Mündəricat

Arxa plan

2018 seçkiləri

Bundan əvvəlki Türkiyə prezident seçkisi 24 iyul 2018-ci ildə keçirilmişdir. Mübahisəli 2017-ci ildəki konstitusiya referendumu kiçik bir səs fərqi ilə qəbul edildi və ölkə idarəetməsi parlamentar rejimdən prezident respublikasına keçdi. Bu seçkiləri 2014-cü ildən bəri prezident olan hazırkı prezident Rəcəb Tayyib Ərdoğan qazandı. Hakim Ədalət və İnkişaf Partiyası 2015-ci il iyun seçkilərindən sonra ilk dəfə parlamentdəki çoxluğunu itirdi və Milliyətçi Hərəkat Partiyası ilə ittifaq qurmaq məcburiyyətində qaldı.

Tarix

Seçkilərin birinci turu üçün müəyyənləşdirilən tarix 18 iyun idi. Lakin, seçki sistemi tarixin əvvələ alınmasına icazə verdi.

Daha öncədən seçkilərin növbədənkənar olacağına dair spekulyasiyalar mövcud idi, lakin Cümhur İttifaqının ortağı Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı bunları təkzib etmişdi. Seçkilərin 2023-cü ildən əvvəl keçirilməyəcəyini bildirmişdi. Həmçinin, o, Ədalət və İnkişaf Partiyası ilə Milliyətçi Hərəkat Partiyası arasındakı mövcud ittifaqın pozulmayacağını və prezidentliyə vahid namizədlərinin Rəcəb Tayyib Ərdoğanın olacağını qeyd etmişdir.

Növbədənkənar seçkilərlə bağlı mübahisələr

2023-cü ilin yanvar ayında Ədalət və İnkişaf Partiyası seçkilərin vaxtından əvvəl, 16 və 30 apreldə, ya da 14 mayda keçirilə biləcəyindən bəhs etdi. Buna baxmayaraq, 6 müxalif partiyadan ibarət Altılı Masa 6 apreldən sonra növbədənkənar seçkilərə getməyəcəyini elan etdi. Ərdoğan 1950-ci ildəki seçkilərdə Demokrat Partiyanın Cümhuriyyət Xalq Partiyasını məğlub etməsini istinad edərək seçkilərin 14 mayda keçiriləcəyini açıqladı. Altılı Masa parlamentin təsdiqi olmadan Ərdoğanın namizəd ola bilməyəcəyini bildirmişdir.

Seçki tarixinin ertələnməsi ilə bağlı mübahisələr

6 fevral 2023-cü ildə ölkədə baş verən zəlzələdən sonra Ərdoğan zəlzələdən təsirlənən 10 ildə 3 aylıq, 14 maydakı seçkilərdən 1 həftə öncə bitəcək fövqalədə vəziyyət elan etdi. Müxalifət TBMM-də bu qərarın əleyhinə səs verdi. Hakim partiyadan baş nazirin sabiq müavini Bülənt Arınc seçkilərin may və ya iyun ayında keçiriləməyəcəyini və seçkilərin ertlələnməsinin zəruri olduğunu qeyd etmişdir. Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik isə Arıncın açıqlamalarının şəxsi fikirləri olduğunu və partiya ilə əlaqəsi olmadığını bildirmişdir. Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə ölkənin müharibə vəziyyətində olmasından başqa vəziyyətdə seçkilərin ertələnə bilməyəcəyi yönündəki açıqlamalarına cavab vermişdir. Həmçinin İYİ Partiyadan Tolqa Öztürk növbədənkənar seçkilərlə bağlı yalnız parlamentin qərar verə biləcəyini müdafiə etmiş, Xalqların Demokratik Partiyasının sabiq həmsədri Səlahəddin Dəmirtaş isə belə bir tədbirin siyasi çevrilişlə nəticələnəcəyindən şübhələndiyini bildirmişdir.

Seçki sistemi

Bir namizədin prezident seçilməsi üçün ilk turda etibarlı ümumi səslərin sadə çoxluğunu (50%-dən çoxunu) almağı lazımdır. Seçkilər iki turlu keçirilir, əgər ilk turda heç bir namizəd üstünlük qazanmazsa, ən çox səs toplayan 2 namizəd növbəti turda yarışır.

Türkiyə prezidenti seçiləcək şəxs 2 dəfə 5 illiyinə seçilə bilər. İkinci müddət bitmədən növbədənkənar seçkilərə gedilərsə, 3-cü müddət üçün də eyni şəxs prezident seçilə bilər. Parlamentin növbədənkənar seçkiləri təsdiqləməsi ilə yenilənən seçkilər prezidentə 3-cü müddətə namizəd olmağa icazə verə bilər.

Namizəd olacaq şəxs ən az 40 yaşında və ali təhsilli olmalıdır. Namizədin namizədliyi təkbaşına və ya birlikdə sonuncu parlament seçkilərində etibarlı səslərin 5 faizini toplamış siyasi partiyalar və ya parlementdə fraksiyası olan siyasi partiyalar tərəfindən irəli sürülməlidir. Bundan başqa, dairə seçki komissiyalarında ən azı 100 min seçicinin imzasını toplaya bilən şəxslər də prezidentliyə namizəd ola bilər.

Namizədlər

Siyahı

Əkrəm İmamoğlu və Mansur Yavaşın Kamal Kılıçdaroğlu tərəfindən vitze-prezident namizədi olaraq elan edilməsi. (Sağdan birinci Kılıçdaroğlunun həyat yoldaşı Səlvi Kılıçdaroğludur.)
Sinan Oğan seçki kampaniyasına başlayır.
Seçki bülleteni
Seçki bülleteni (2-ci tur)
Prezident namizədlərinin seçki bülletenindəki ardıcıllığına görə siyahısı
1 2 3 4
Rəcəb Tayyib Ərdoğan Məhərrəm İncə Kamal Kılıçdaroğlu Sinan Oğan
Cümhur İttifaqı — Millət İttifaqı ATA İttifaqı
AKP MHP BBP YRP MP CHP İYİ DEVA GP SP DP ZP yanlış ISO kodu: "adalet partisi (2015)" ÜP TÜİP
Kampaniya Kampaniya Kampaniya Kampaniya
  • Rəcəb Tayyib Ərdoğan — Hazırkı Türkiyə prezidenti (2014–h.h), Ədalət və İnkişaf Partiyasının təsisçilərindən biri və sədri (2001–2014, 2017–h.h).
    • Dəstəkləyənlər: Cümhur İttifaqı
  • Kamal Kılıçdaroğlu — Cümhuriyyət Xalq Partiyasının sədri (2010–2023), ana müxalifət lideri (2010–2023). Əkrəm İmamoğlu, Mənsur Yavaş və Millət İttifaqının üzvü digər 5 müxalif partiyanın vitze-prezident namizədləri bəlli oldu.
    • Dəstəkləyənlər: Millət İttifaqı
  • Məhərrəm İncə — Məmləkət Partiyasının qurucusu və sədri (2021–h.h), 2018-ci il prezident seçkilərində prezidentliyə namizəd.
  • Sinan Oğan — Milliyətçi Hərəkat Partiyasından Türkiyə Böyük Millət Məclisinin sabiq üzvü (2011–2015). Hal-hazırda bitərəf olaraq siyasi fəaliyyətini davam etdirir.
    • Dəstəkləyənlər: ATA İttifaqı

Namizədliklər

2017-ci ildə qəbul edilən konstitusiya referendumundan sonra, Türkiyə konstitusiyasına görə, parlament qrupuna (ən azı 20 millət vəkili) sahib partiyalar prezidentliyə namizəd göstərə bilmə hüququna malikdirlər. Digər namizədlərin isə, ən az 100 min imza toplamaları lazım idi.

İmza toplama kampaniyasına 22 martda başlandı və 27 martda sona çatdı. Sadəcə iki namizəd, Məhərrəm İncə və Sinan Oğan 100 min imza toplaya bildilər və Yenidən Rifah Partiyasının təsisçisi və sədri Fateh Ərbakan isə, Ərdoğanın lehinə namizədlikdən geri çəkildi.

Partiya Namizəd Günlük imza sayları Nəticə
22 mart 23 mart 24 mart 25 mart 26 mart 27 mart
MP Məhərrəm İncə 28,235 51,367 76,901 ✅Y 104,357 109,745 114,657
✅Y Namizəd oldu
YRP Fateh Ərbakan 27,910 46,725 69,079 69,159 69,200 69,255
❌N Namizədlikdən geri çəkildi
— Sinan Oğan 15,573 25,924 39,317 63,027 ✅Y 102,667 111,502
✅Y Namizəd oldu
VP Doğu Perinçək6,679 11,792 16,192 20,400 23,776 27,055
❌N Namizəd ola bilmədi
— Yaqub Türkal 993 1,645 2,031 2,462 2,780 3,137
❌N Namizəd ola bilmədi
— Ərhan Trüktən 397 755 1,116 1,604 1,940 2,588
❌N Namizəd ola bilmədi
— Əhməd Özal 237 567 807 1,025 1,311 1,544
❌N Namizəd ola bilmədi
— İrfan Uzun 176 319 447 698 1,001 1,263
❌N Namizəd ola bilmədi
— Xəlil Murad Ünvər 119 211 285 369 444 538
❌N Namizəd ola bilmədi
— Hilmi Özdən 60 151 225 333 405 478
❌N Namizəd ola bilmədi
— Davut Turan 34 68 92 106 111 122
❌N Namizəd ola bilmədi
Ümumi 80,413 139,524 206,494 263,540 313,380 332,139

Dəstəklər

Milliyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Hür Dava Partiyası, Yenidən Rifah Partiyası kimi partiyalar Ərdoğanı dəstəklədiklərini açıqlamışdır.

İYİ Partiya, Demokratiya və Sıçrayış Partiyası, Gələcək Partiyası, Səadət Partiyası, Demokrat Partiya, Xalqların Demokratik Partiyası, Türkiyə İşçi Partiyası, Türkiyə Kommunist Partiyası, Türkiyədə Dəyişiklik Partiyası, Liberal Demokratiya Partiyası, Müstəqil Türkiyə Partiyası, Xalqın Azadlığı Partiyası, Solçu Partiya, Milliyətçi Türkiyə Partiyası, Qadınlar Partiyası, Yaşıllar Partiyası kimi partiyalar Kılıçdaroğlunu dəstəklədiyini qeyd etmiş, Məmləkət Partiyası isə, seçkilər ikinci tura qaldığı halda, Kılıçdaroğlunu dəstəkləyəcəyini bildirmiş, lakin daha sonra tərəfsiz qalmışdır. Demokratik Sol Partiyanın bəzi üzvləri də Kılıçdaroğlunu dəstəkləməkdədirlər.

Zəfər Partiyası, Ədalət Partiyası, Mənim Ölkəm Partiyası, Türkiyə İttifaq Partiyası kimi partiyalar Oğanı dəstəklədiyini açıqlamışdır.

Avropa Sosyalistlər Partiyası Kılıçdaroğlunu dəstəklədiyini açıqlamış, hazırkı və 2-ci Özbəkistan prezidenti Şavkat Mirziyayev Ərdoğanı dəstəklədiyini ifadə etmiş, keçmiş, 10-cu Türkiyə Prezidenti Əhməd Necdət Sezər də Kılıçdaroğlunu dəstəklədiyini bildirmişdir.

4-cü və hazırkı Azərbaycan prezidenti İlham Əliyev Ərdoğanı dəstəklədiyini qeyd etmişdir. Sinan Oğan seçkilərin ikinci turunda Ərdoğanı dəstəklədiyini açıqlamışdır.

Zəfər Partiyası seçkilərin ikinci turunda Kamal Kılıçdaroğlunu dəstəklədiyini açıqlamışdır.

Mübahisələr

Ərdoğanın təkrar namizəd olması

2018-ci ildəki prezident seçkilərindən əvvəl, prezident parlamentar rejimdə dövlət başçısı olaraq xidmət edirdi. 2017-ci ildəki konstitusiya dəyişikliyi ilə bağlı referendumdan sonra, ölkə prezident respublikası idarəetmə üsuluna keçdi və prezident hökümətin və dövlətin başçısı oldu. Bəzi müxalif siyasətçilər Ərdoğanın 2014 və 2018-ci illərdə iki dəfə prezident seçildiyini, Türkiyə Konstitusiyasının 116-cı maddəsinə əsasən, parlament tərəfindən növbədənkənar seçkilər təyin edilmədiyi təqdirdə, növbəti dəfə namizəd ola bilməyəcəyini qeyd edir. Bəzi hüquqşünaslar isə, 2018-ci ildə prezidentlik rejiminə keçildiyi üçün və ad oxşarlığından başqa, yeni bir vəzifənin təsis edildiyini irəli sürərək 2018-ci ildəki seçkilərin Ərdoğanın yeni sistemdə ilk dövrü olduğunu və təkrar namizədlik haqqına sahib olduğunu qeyd edirlər.

Sorğular

Birinci tur

LOESS graph displaying the polls for the 2023 Turkish Presidential election during the official campaign period.
LOESS graph displaying the polls for the 2023 Turkish Presidential election during the official campaign period.

İkinci tur

Nəticələr

NamizədPartiyaBirinci turİkinci tur
Səslər%Səslər%
Rəcəb Tayyib ƏrdoğanƏdalət və İnkişaf Partiyası27.133.84949.5227.834.58952.18
Kamal KılıçdaroğluCümhuriyyət Xalq Partiyası24.595.17844.8825.504.72447.82
Sinan OğanPartiyasız2.831.2395.17
Məhərrəm İncəMəmləkət Partiyası235.7830.43
Ümumi54.796.049100.0053.339.313100.00
Etibarlı səslər54.796.04998.1453.339.31398.73
Etibarsız/boş səslər1.037.1041.86684.2881.27
Ümumi səslər55.833.153100.0054.023.601100.00
Qeydiyata alınmış seçicilər/fəallıq64.145.50487.0464.197.45484.15
Mənbə: YSK, 1-ci tur; 2-ci tur

Təhlil

İlk turda heç bir namizəd səslərin çoxluğunu qazana bilmədiyi üçün mayın 28-ində ilk iki yeri tutan Rəcəb Tayyib Ərdoğan və Kamal Kılıçdaroğlu arasında ikinci tur keçirildi. Seçkilərdə 49,52% səs toplayan Ərdoğan bundan öncəki prezident seçkilərində ümumi səslərin 52,59%-ini toplaya bilmişdi.

Həmçinin bax

  • 2023-cü ildəki seçkilərin siyahısı
  • Türkiyədə siyasət

Qeydlər

  1. Rəsmi seçki bülletinində partiyalar və ittifaqlar görünmür.
  2. İncə 11 may 2023-cü ildə namizədlikdən çəkildi, lakin seçki büllentində adı qalmağa davam etdi.
  3. Geri çəkildi, amma bülletendə qaldı.
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 26, 2026

    12 may

  • Mart 27, 2026

    Eldənizlər dövləti

  • Mart 28, 2026

    İran prezidentlərinin siyahısı

  • Mart 27, 2026

    Kompüter

  • Mart 26, 2026

    Qazax rayonu

Studia

  • Vikipediya

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst