| Türkoba | |
|---|---|
| |
| 38°55′09″ şm. e. 48°42′12″ ş. u.HGYO | |
| Ölkə | |
| Rayon | Masallı rayonu |
| Türkoba | |
Türkoba — Azərbaycan Respublikasının Masallı rayonunun Türkoba kənd inzibati ərazi dairəsində kənd.
Əhalisi
Əhalisi 2662 nəfərdir.
Toponimiyası və tarixi
Türkoba etnonimi "türk" və "oba" türk mənşəli sözlərindən yaranıb və Elxanlıların 13-cü əsrdə - 1284-cü ildə bölgəyə köçəri türk tayfalarını köçürməsi ilə əlaqədardır. Bununla bağlı Elxanlıların vəziri Fəzlullah Rəşidəddinin "Cami ət-Təvarix" adlı əsərində məlumat verilir və köçəri türk boylarının Türkobanı məskunlaşdırdığı qeyd olunur. Türkoba ilə yanaşı, bölgədə Şatırlı, Cəlayirli, Xarxatan və digər yer adları də həmin köçlərlə əlaqədar məskunlaşmaya görə yaranıb. Türkobanın sovetliyinə daxil olan Şatıroba və Qəzvinoba kəndlərinin adları da yerli mənşəli deyil və köçlərlə bağlıdır.
Tanınmış şəxsləri
- Qulamhüseyn Əliyev — Pedaqoq–alim.
- Bahadur Tağıyev (1934–2020) — Akademik.
- Hacı Mirəziz Seyidzadə.
- Aydın Ağayev — Milli Məclisin İnformasiya resursları və texnologiyaları şöbəsinin müdiri.

Həmçinin bax
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Əhalisiz yaşayış məntəqəsi
- Masallı rayonunun kəndləri