Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Təfsir əl-Cəlaleyn (ərəb. تفسير الجلالين‎) — Cəlaləddin əl-Məhəlli tərəfindən yazılan və Cəlaləddin əs-Süyuti tərəfindən tamamlanan Quran təfsiri.

Təfsir əl-Cəlaleyn

Vikipediya, azad ensiklopediya
Təfsir əl-Cəlaleyn
ərəb. تفسير الجلالين
Müəlliflər əl-Məhəlli, Süyuti
Janr təfsir
Orijinalın dili ərəb dili

Təfsir əl-Cəlaleyn (ərəb. تفسير الجلالين) — Cəlaləddin əl-Məhəlli tərəfindən yazılan və Cəlaləddin əs-Süyuti tərəfindən tamamlanan Quran təfsiri.

Əsər

Cəlaləddin əl-Məhəlli ömrünün axırlarına doğru qələmə almağa başladığı "Təfsirül-Quran" adlı əsərini bitirə bilməmiş, vəfat etmişdir. Onun yarımçıq qoyduğu əsəri tələbəsi Cəlaləddin əs-Süyuti 40 gün ərzində tamamlanmış və əsər "Təfsirül-Cəlaleyn" (azərb. iki Cəlalın təfsiri) adı ilə məşhurlaşmışdır. Əsər həmçinin "Lübbut-təfasir" deyə də adlandırılmış və ən çox oxunan təfsir kitablarından biri olmuşdur.

Təfsirin hansı hissəsinin kimə aid olduğu məsələsi haqqında fərqli rəvayətlər vardır. Katib Çələbiyə görə Bəqərə surəsindən İsra surəsinə qədər olan hissə əl-Məhəlliyə, qalan hissə isə əs-Süyutiyə məxsusdur. Fatihə surəsi də əs-Süyuti təfsir etmişdir. Buna görə də surə əsərində sonunda verilmişdir. Lakin bu fikir reallığı əks etdirmir, çünki əs-Süyuti özünün müqəddiməsində və İsra surəsinə aid təfsirin sonunda bildirib ki, əl-Məhəlli Quranı Kəhf surəsindən başlayaraq Nəs surəsinə qədər təfsir etmiş, sonra isə Fatihə surəsinin təfsirinə başlamış, lakin ömrü yetmədiyi üçün əsərini başa çatdıra bilməmişdir. Əs-Süyuti isə Bəqərə surəsindən İsra surəsinin sonuna qədər olan surələri təfsir etmiş və əl-Məhəlliyə aid olan Fatihə surəsinin təfsirini əsərin sonuna əlavə etmişdir.

"Təfsir əl-Cəlaleyn"də Quranın Quranla və sünnə ilə izah edilməsi metodundan geniş şəkildə istifadə olunmuş, hədislər bəzən məna etibarilə (mənən) rəvayət şəklində verilmiş, bəzən isə məşhur hədislərə işarə edilmişdir. Ayələrin nazil olma səbəblərinin qeyd edildiyi bu əsərdə çox vaxt "səbəbin xüsusi olması hökmün ümumi olmasına mane deyil" prinsipi tətbiq edilsə də, bəzi hallarda nüzul səbəbinə əsaslanaraq ayələrin məna baxımından xüsusiləşdirildiyi də müşahidə olunur.

Təfsir təhsili üçün ideal bir mətn olmasında ötrü əsər böyük rəğbət görmüş və əsərə müxtəlif haşiyələr yazılmışdır.

Əsər ilk dəfə Dehlidə nəşr edilmiş (hicri 1211/miladi 1796) və əsərin nəşri müxtəlif yer (Kəlkəta, Qahirə, Mumbay, Beyrut və s.) və tarixlərdə (1997, 2000 və s.) davam etmişdir.

Həmçinin bax

  • Sünni kitablarının siyahısı
Üst