Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tacəddin İbrahim oğlu Mehdiyev (1945, Şamxor rayonu) — Azərbaycan hərbi xadimi, Azərbaycan Respublikasının müdafiə naziri (1991–1992), general-mayor (1991).

Tacəddin Mehdiyev

  • Ana Səhifə
  • Tacəddin Mehdiyev

Tacəddin İbrahim oğlu Mehdiyev (1945, Şamxor rayonu) — Azərbaycan hərbi xadimi, Azərbaycan Respublikasının müdafiə naziri (1991–1992), general-mayor (1991).

Tacəddin Mehdiyev
Azərbaycan Respublikasının müdafiə naziri
11 dekabr 1991 – 17 fevral 1992
ƏvvəlkiValeh Bərşadlı
SonrakıŞahin Musayev
Azərbaycan Respublikasının hərbi komissarı
27 noyabr 1991 – 11 dekabr 1991
Şəxsi məlumatlar
Doğum tarixi 1945(1945) (80–81 yaş)
Doğum yeri
  • Şamxor rayonu, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Bakı Ali Ümumqoşun Komandirlər Məktəbi (–1967),
  • M. V. Frunze adına Hərbi Akademiya (–1983)
Fəaliyyəti hərbi qulluqçu
Rütbəsi
General-mayor
Təltifləri "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı

Mündəricat

Həyatı

Tacəddin İbrahim oğlu Mehdiyev 1945-ci ildə hazırkı Şəmkir rayonunda anadan olmuşdur. 1962-ci ildə orta məktəbi bitirdikdən sonra təhsilini Bakı Ali Ümumqoşun Komandirlər Məktəbində davam etdirmiş, buranı 1967-ci ildə başa vurmuşdur. 1983-cü ildə isə M.V.Frunze adına Hərbi Akademiyanın Komandanlıq fakültəsini bitirmişdir. 11 il Sibir Hərbi Dairəsində, 5 il isə Almaniya Demokratik Respublikasında hərbi xidmətdə olmuş, taqım komandirindən hərbi hissə komandirliyinə qədər yüksəlmişdir.

27 noyabr 1991-ci ildə Azərbaycan Respublikasının hərbi komissarı təyin edilmişdir.

Müdafiə naziri vəzifəsində

Tacəddin Mehdiyev 11 dekabr 1991-ci ildə müdafiə naziri təyin olunmuş və ona general-mayor ali hərbi rütbəsi verilmişdir.

Qarabağ münaqişəsi zamanı ingilis jurnalist Tomas de Vaalın Tacəddin Mehdiyevdən götürdüyü müsahibəsindən:

" Tacəddin Mehdiyev: Bizim bir dənə də olsun hərbi təchizatımız yoxdur... Təchizat üçün müxtəlif yerlərlə əlaqə yaratmaq da mümkünsüzdür... Mobil telefonu bu günlərdə əldə etmişik. Lakin heç kimlə əlaqə yarada bilmirik. Bütün danışıqlarımız düşmənlər tərəfindən nəzarət altındadır. Telefon xəttlərinin demək olar ki, hamısı zəbt olunmuş ərazilərdən keçir və bütün danışıqlar asanlıqla eşidilir. Nə kazarmamız, nə təlim məşq üçün xüsusi ərazi, nə də silahmız var... "

Hələ nazir postunda olarkən Tacəddin Mehdiyev özü şəxsən 1992-ci il 25 yanvar tarixində Daşaltı kəndini erməni işğalından azad etmək üçün baş tutmuş əməliyyata rəhbərlik etmişdir. Əməliyyatda yenicə yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak edirdi. Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan Azərbaycan taqımları düşmənin pusqusuna düşərək tamamilə məhv edilib. Kəndə daxil olmuş bir neçə taqım isə xeyli itki verərək geri çəkilə bilib. Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, onların böyük əksəriyyəti hələ də itkin düşmüş sayılır. Döyüşdə ermənilər də bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itirmişdir.

17 fevral 1992-ci ildə ermənilərin törətdiyi Qaradağlı soyqırımından sonra tutduğu vəzifədən azad edilmişdir.

Sonrakı illər

Tacəddin Mehdiyev Hərbçilərin Sosial Müdafiə Cəmiyyətinin sədri olmuşdur. 2005-ci ildə 99 saylı Şəmkir kənd seçki dairəsindən parlament seçkiləri zamanı namizədliyini irəli sürsə də, lakin deputat seçilməmişdir.

Həmçinin bax

  • Daşaltı əməliyyatı
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 24, 2026

    İbrahim Mirzəyev

  • May 01, 2026

    Üst Paleolit

  • Aprel 22, 2026

    Aşıq Şəmşir

  • Aprel 04, 2026

    I Yezid

  • Aprel 12, 2026

    Xəlifə Əli

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst