Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Taleh Vəli oğlu Hacıyev 1959-cu il avqustun 19-da Bakıda, bəstəkar Şəfiqə Axundovanın ailəsində anadan olub. Anası ilə atası ayrıldıqdan sonra anasının himayəsi

Taleh Hacıyev

Vikipediya, azad ensiklopediya
Taleh Hacıyev
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (48 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Anası Şəfiqə Axundova
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, pianoçu, konsertmeyster
Musiqi aləti piano

Taleh Hacıyev (19 avqust 1959, Bakı19 iyul 2008, Bakı) — pianoçu, konsertmeystr, bəstəkar.

Həyatı

Taleh Vəli oğlu Hacıyev 1959-cu il avqustun 19-da Bakıda, bəstəkar Şəfiqə Axundovanın ailəsində anadan olub. Anası ilə atası ayrıldıqdan sonra anasının himayəsində böyüyüb. Kiçik yaşlarından musiqiyə həvəs göstərib. Bülbül adına Orta İxtisas Musiqi Məktəbində və Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının "Bəstəkarlıq və pianoçuluq" fakültəsində təhsil alıb. Taleh Hacıyev 18–20 yaşlarından bəstəkar və pianoçu kimi fəaliyyətə başlayıb. Müəllifi olduğu "Belə qəmli dayanma", "Həyat, sən nə şirinsən" mahnıları bu gün də populyardır. Xüsusi mahnı yazmaq istedadı olmasına baxmayaraq, sonralar Taleh Hacıyev daha çox pianoçu kimi tanınmağa başlayıb. Anası Şəfiqə Axundova tərəfindən yazılan ilk operanın konsertmeysteri də Taleh Hacıyev olmuşdur. Opera və Balet teatrında Şəfiqə Axundovanın "Gəlin qayası" operası səhnləşdirilərkən tamaşanın daxili baxışına qədər operanı Taleh Hacıyev müşayiət etmişdir.

Taleh Hacıyevin ən uğurlu işlərindən biri Şəfiqə Axundovanın "Həsrətindən" mahnısının piano ifasıdır. Taleh Hacıyevin bəstəkar olduğu ən uğurlu iş isə hələ gənc yaşlarında bəstələdiyi "Belə qəmli dayanma" mahnısı olub və elə ilk dəfə 1976-cı ildə Flora Kərimova bu mahnını ifa edib. Mahnıları xalq artistləri Flora Kərimova, Məmmədbağır Bağırzadə, Elmira Rəhimova, Gülyaz Məmmədova, Gülyanaq Məmmədova tərəfindən ifa edilmişdir. Bir çox dövlət tədbirində konsertmeystr kimi çalışmışdır. Yaradıcılığının ən parlaq vaxtında, gənc yaşlarında ruhi xəstəliyə tutulub. Bu da onun həm sağlamlığına, həm də psixoloji durumuna çox pis təsir edib. Uzun müddət bu xəstəliklə mübarizə aparsa da, 19 iyul 2008-ci ildə Maştağada yerləşən ruhi əsəb xəstəxanasında vəfat edib.

Üst