| Taleh Yüzbəyov | |
|---|---|
| Doğum tarixi | 6 dekabr 1986 (39 yaş) |
| Doğum yeri |
|
| Uşağı | 2 |
| Fəaliyyəti | aktyor, ssenari müəllifi, rejissor, video blogger |
| Fəaliyyət illəri | 2008 — h. h. |
| Təhsili | ADMİU |
| Boyu | 1.77 sm |
| Mükafatları | Bomba Awards — 2016-cı ilin video bloggeri |
| IMDb | ID9788123 |
Taleh Zeynəddin oğlu Yüzbəyov (6 dekabr 1986, Bakı) — azərbaycanlı aktyor, rejissor, ssenari müəllifi və videobloqqer.
Həyatı və fəaliyyəti
Taleh Yüzbəyov 6 dekabr 1986-cı ildə Bakı şəhərində anadan olmuşdur.
1994-cü ildə Binəqədi rayon 143 saylı orta məktəbində 1-ci sinifə getmişdir. 2009-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr və kino aktyoru ixtisasını bitirmişdir. 2008-ci ildə universitetin 3-cü kursundan Azərbaycan Dövlət Pantomim Teatrında çalışmağa başlamış, "Dulusçu", "Çərçivə", "Pantomim buketi", "Tıq-Tıq xanım" və s. tamaşalarda rol almışdır.
2009–2010-cu illərdə Qazax rayonu N saylı hərbi hissəsində hərbi xidmətdə olmuşdur.
2010-cu ildə Azərbaycan Dövlət Pantomim Teatrında işləməyə davam etmiş, 2011-ci ildən isə teatrdan uzaqlaşaraq "Azerfon" şikətində işə başlamışdır.
2017-ci ildə "YÜZ production" şirkətini qurmuş, bir çox yerli və qlobal şirkətlərin sifarişi əsasında reklam filmləri çəkmiş və baş rolda oynamışdır.
2015-ci ildən kino karyerasına başlamış, "Oğlan evi: Azərbaycansayağı qarət", "21 sual", "Qız qaçırtma" və s. filmlərdə rol almışdır.
2016-cı ildən Facebook, Youtube, Instagram sosial şəbəkələrində videoblogger kimi fəaliyyət göstərir.
Ailəsi
Ailəlidir, 2 övladı var.
Filmoqrafiya
| İl | Film | Janr | Obraz |
|---|---|---|---|
| 2015 | Oğlan evi: Azərbaycansayağı qarət | Komediya | İsmayıl |
| 2016 | 21 sual | Komediya | Eldar |
| 2017 | Qız qaçırtma | Komediya | Gündüz |
| 2017 | Tayson | Komediya | Həkim |
| 2017 | Kəklikotu | Komediya | Epizodik |
| 2018 | Son nəfəsədək | Dram | Səməd |
| 2018 | Fəlakət | Komediya | Bomj |
| 2018 | Oxşarabad | Komediya | Əziz |
| 2019 | Beşinci fəsil | Dram | |
| 2019 | Ağacdələn | Dram | Həkim |
| 2019 | Qış nağılı | Komediya | Elşən |
| 2019 | Daxildəki ada | Dram | Polis |
| 2019 | Oxşarabad 2: Korifeylər | Komediya | Əziz |
| 2020 | Sən demə | Komediya | Əziz |
| 2021 | Zəhər tuluğu | Komediya, Dram | Adil |
| 2025 | Bəlkə də... | macəra | Habil |
Çəkdiyi qısametrajlı filmlər
| İl | Filmin adı | Baxış sayı (avqust 2020) |
|---|---|---|
| 2018 | Zəhər tuluğu Siqaret İş Kin Cəhd | 7.078.592 |
| 2019 | Ortastatistik Rasim Parklar və parkdakılar | 1.477.293 |
| 2020 | Karantinvari toy | 1.523.607 |
- 6 dekabrda doğulanlar
- 1986-cı ildə doğulanlar
- Yaşayan insanlar
- Bakıda doğulanlar
- Əlifba sırasına görə film sənətçiləri
- Azərbaycan aktyorları
- Azərbaycanlı aktyorlar
- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları
- Video bloqqerlər
- YouTuberlər
- Əlifba sırasına görə yutuberlər
- Maşın Şounun iştirakçıları
- Vikipediyanı redaktə edən ensiklopedik şəxslər
- XXI əsr Azərbaycan aktyorları