Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Talıb Gürşad oğlu Məmmədov — Azərbaycanlı hərbi rəhbər. 2004-cü ilə qədər Azərbaycan Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin rəisi olub. 2004—2006-cı illərdə

Talıb Məmmədov

Vikipediya, azad ensiklopediya
Talıb Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi 19 mart 1960(1960-03-19) (66 yaş)
Təhsili
  • Heydər Əliyev adına Hərbi İnstitut
Hərbi fəaliyyəti
Rütbəsi General–Leytenant
Döyüşlər Birinci Qarabağ müharibəsi
Əfqanistan müharibəsi
Təltifləri "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı

Talıb Gürşad oğlu Məmmədov — Azərbaycanlı hərbi rəhbər. 2004-cü ilə qədər Azərbaycan Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin rəisi olub. 2004—2006-cı illərdə Azərbaycanın Pakistandakı hərbi attaşesi işləyib. General-leytenant rütbəsinə malikdir. Birinci Qarabağ müharibəsi iştirakçısı.

Həyatı

Talib Məmmədov 1981-ci ildə Bakı Ali Hərbi Məktəbini bitirib.

Talib Məmmədov Birinci Qarabağ müharibəsində və Əfqanıstan müharibəsində iştirak etmişdir. 1992–1993-cü illərdə Ağdamın müdafiəsinə rəhbərlik edib. Ağdamın müdafiəsinin uğursuz təşkilindən və şəhərin işğalından sonra tutuldu və bir neçə ay həbsxanada qaldı.

2004-cü ildə ölkə rəhbərliyi ilə qarşıdurma zamanı Talib Məmmədovun İlham Əliyevi Azərbaycan rəhbərliyində davamçı kimi qəbul etməməsi nəticəsində vəzifəsini itirdi və Azərbaycanın Pakistandakı səfirliyinə hərbi attaşe olaraq göndərildi. Daha sonra vəzifəsi aşağı endirilərək Müdafiə Nazirliyinin Elmi Tədqiqatlar Hərbi Mərkəzinə köçürüldü. 2006-cı ildə Məmmədov bu vəzifədən geri çağırıldı və vəzifəsindən azad edildi.

Üst