Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Tamilla Xudadat qızı Şirəliyeva (8 dekabr 1946, Bakı – 12 mart 2025, Bakı) — Azərbaycanın "Şöhrət" ordenli balet ustası, Azərbaycan SSR xalq artisti (10.01.1978

Tamilla Şirəliyeva

Vikipediya, azad ensiklopediya
Tamilla Şirəliyeva
Tamilla Xudadat qızı Şirəliyeva
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (78 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vəfat səbəbi beyin qansızması
Dəfn yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti balerina, baletmeyster
Fəaliyyət illəri 1965–2025
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1978 SSRİ Dövlət mükafatı "Şöhrət" ordeni — 2006

Tamilla Xudadat qızı Şirəliyeva (8 dekabr 1946, Bakı12 mart 2025, Bakı) — Azərbaycanın "Şöhrət" ordenli balet ustası, Azərbaycan SSR xalq artisti (10.01.1978), SSRİ Dövlət mükafatı laureatı (1980), Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının quruluşçu baletmeysteri.

Həyatı

Şirəliyeva Tamilla Xudadat qızı 8 dekabr 1946-cı ildə Bakı şəhərində anadan olmuşdur. Bakı Xoreoqrafiya Məktəbini bitirmişdir (1964). Həmin ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solistidir. Qaraca qız ("Qaraca qız", Əşrəf Abbasov), Gülyanaq ("Qız qalası", Əfrasiyab Bədəlbəyli), Məhmənəbanu ("Məhəbbət əfsanəsi", Arif Məlikov), Ayişə, Fiyetta ("Yeddi gözəl", "İldırımlı yollarla", Qara Qarayev), Odetta-Odilliya ("Qu gölü", Pyotr Çaykoski), Kitri, Paxita ("Paxita", L. Minkus), Şəhrizad ("Min bir gecə", Fikrət Əmirov) və s. əsas partiyalarıdır. 1977-ci ildən pedaqoji fəaliyyət göstərib.

Tamilla Şirəliyeva uzun müddət şəkərli diabetdən əziyyət çəkmiş və böyrəklərində yaranmış problem səbəbi ilə əməliyyat olunmuşdur. O, 12 mart 2025-ci ildə beyninə qan sızması nəticəsində vəfat edib və "Qurd qapısı" qəbiristanlığında dəfn edilib.

Mükafatları

  • Azərbaycan SSR əməkdar artist — 21 may 1970
  • Azərbaycan SSR xalq artisti — 10 yanvar 1978
  • Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002
  • "Şöhrət" ordeni ilə təltif edilmişdir — 7 dekabr 2006-cı il

Quruluş verdiyi baletlər

  • Xeyir və Şər (1992)
  • Xəzər balladası (balet) — 2001-ci il II redaksiyada
  • Qafqaza səyahət (2002)
  • Rast (2004)

Filmoqrafiya

  1. Muğam (film, 1976)
Üst