Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Таpajos (port. Tapajós) — Cənubi Amerika (Braziliya) ərazisindən axan iri çaylardan biri. Amazon çayının sol qolunu təşkil edir və ona Santaren şəhəri yaxınlığı

Tapajos çayı

Vikipediya, azad ensiklopediya
Tapajós çayı
Xəritə
Ölkə  Braziliya
Mənsəbi Amazon çayı
Uzunluğu 2200 km
Su sərfi 13.000 m³/san
Su hövzəsi Atlantik okeanı
Hövzəsinin sahəsi 487000 km²
Tapajos çayı (Braziliya)
physical
mənbəyi
physical
mənsəbi
Yapajos çayı Braziliyanın fiziki xəritəsində:

7°21′01″ c. e. 58°08′18″ q. u.HGYO

2°25′34″ c. e. 54°56′21″ q. u.HGYO
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Таpajos (port. Tapajós) — Cənubi Amerika (Braziliya) ərazisindən axan iri çaylardan biri. Amazon çayının sol qolunu təşkil edir və ona Santaren şəhəri yaxınlığında tökülür. Çay Telis-Piris və Jurunea çayının birləşməsindən əmələ gəlir. Serra-dus-Parensis yüksəklikləri arasından axaraq Braziliya öndağlığına keçərək Amazon düzənliyinə keçir. Bu hissədə çayın eni 15 kilometrə qədər artır. Uzunluğu 2200 km; sahəsinin hövzəsi 487 000 km² təşkil edir.

Çay əsasən yağış suları ilə qidalanır. Noyabr-mart ayları gursululuq dövrüdür. Bu zaman səviyyə 7–8 m artır. 15 min su sərfiyyatına malikdir. Əsas qolu Jamanşin çayıdır.

Amazonas və Para ştatları ərazisindən axır. Sahilində İtaytuba, San-Martinyo, Santaren, Aveyru şəhərləri yerləşir. San-Luis şəhərinə qədər gəmiçilik üçün yararlıdır. Ən iri limanı Santarendir.

Sahilində Amazoniya milli parkı yerləşir. Çayın sahilində Cənubi Amerikanın əlçatmazlıq qütbü yerləşir.

Üst