| Tapajós çayı | |
|---|---|
| |
| |
| Ölkə | |
| Mənsəbi | Amazon çayı |
| Uzunluğu | 2200 km |
| Su sərfi | 13.000 m³/san |
| Su hövzəsi | Atlantik okeanı |
| Hövzəsinin sahəsi | 487000 km² |

Таpajos (port. Tapajós) — Cənubi Amerika (Braziliya) ərazisindən axan iri çaylardan biri. Amazon çayının sol qolunu təşkil edir və ona Santaren şəhəri yaxınlığında tökülür. Çay Telis-Piris və Jurunea çayının birləşməsindən əmələ gəlir. Serra-dus-Parensis yüksəklikləri arasından axaraq Braziliya öndağlığına keçərək Amazon düzənliyinə keçir. Bu hissədə çayın eni 15 kilometrə qədər artır. Uzunluğu 2200 km; sahəsinin hövzəsi 487 000 km² təşkil edir.
Çay əsasən yağış suları ilə qidalanır. Noyabr-mart ayları gursululuq dövrüdür. Bu zaman səviyyə 7–8 m artır. 15 min su sərfiyyatına malikdir. Əsas qolu Jamanşin çayıdır.
Amazonas və Para ştatları ərazisindən axır. Sahilində İtaytuba, San-Martinyo, Santaren, Aveyru şəhərləri yerləşir. San-Luis şəhərinə qədər gəmiçilik üçün yararlıdır. Ən iri limanı Santarendir.
Sahilində Amazoniya milli parkı yerləşir. Çayın sahilində Cənubi Amerikanın əlçatmazlıq qütbü yerləşir.
- Əlifba sırasına görə çaylar
- Matu-Qrosu çayları
- Para çayları
- Amazonas (Braziliya ştatı) çayları

