Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Kara dənizinin Yenisey körfəzi və Laptevlər dənizinin Xatanqa körfəzi arasında, Taymır Muxtar Mahalı ərazisindədir. Taymır yarımadasının ucqar şimal çıxıntısı Ç

Taymır yarımadası

74° şm. e. 100° ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Taymır
Ümumi məlumatlar
Sahəsi
  • 400.000 km²
Yerləşməsi
74° şm. e. 100° ş. u.HGYO
Akvatoriya Laptevlər dənizi, Kara dənizi
Ölkə  Rusiya
Taymır xəritədə
Taymır
Taymır
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Taymır yarımadası — Asiyanın ən şimal yarımadası.

Kara dənizinin Yenisey körfəzi və Laptevlər dənizinin Xatanqa körfəzi arasında, Taymır Muxtar Mahalı ərazisindədir. Taymır yarımadasının ucqar şimal çıxıntısı Çelyuskin burnudur (77°43' şm.e.), cənub sərhədi Orta Sibir yaylasının şimal çıxıntısından keçir. Uzunluğu təqribən 1000 km, eni 500 km-dən çoxdur. Sahəsi təqr. 400 min km²-dir. Taymır yarımadasının çox hissəsi ovalıqlardır. Bunun əsas hissəsi Şimali Sibir ovalığının payına düşür. Şimal hissədə cənub-qərbdən şimal-şərqə hündürlüyü 1146 m-dək olan Bırranqa dağları uzanır. İqlimi sərtdir, hər yerdə çoxillik donuşluq süxurları yayılmışdır. İllik yağıntınını miqdarı 115–230 mm-dir. Yarmımadanın ərazisindən keçəi iri çaylar Pyasin, Yuxarı və Aşağı Taymıra, Xatanqa çaylarıdır. Tundra bitkiləri üstünlük təşkil edir. Yarımadanın cənubu seyrək meşəlikdir.

Üst