Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Tehran Əlişanoğlu (Tehran Əlişan oğlu Mustafayev; 16 yanvar 1960, Bakı) — AMEA-nın müxbir üzvü (2017), ədəbiyyatşünas, filologiya elmləri doktoru, ədəbiyyat tar

Tehran Əlişanoğlu

Vikipediya, azad ensiklopediya
Tehran Əlişanoğlu
Tehran Əlişan oğlu Mustafayev
Doğum tarixi 16 yanvar 1960(1960-01-16) (66 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Elm sahəsi ədəbiyyatşünaslıq
Elmi dərəcəsi filologiya elmləri doktoru
Elmi adları AMEA-nın müxbir üzvü, Professor
Təhsili Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsi
Mükafatları 3-cü dərəcəli "Əmək" ordeni — 2025
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tehran Əlişanoğlu (Tehran Əlişan oğlu Mustafayev; 16 yanvar 1960, Bakı) — AMEA-nın müxbir üzvü (2017), ədəbiyyatşünas, filologiya elmləri doktoru, ədəbiyyat tarixçisi, tənqidçi və publisist.

Həyatı

Tehran Əlişanoğlu 1960-cı il yanvar 16-da Bakı şəhərində dünyaya gəlmişdir. 1978–1983-cü illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir. 1983–1989-cu illərdə orta məktəb müəllimi, 1989–2006-cı illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi, 1994–1996-cı illərdə Futurologiya İnstitutunun, 2001-dən bugünəcən Bakı Slavyan Universitetinin filoloji fakültəsində ali məktəb müəllimi kimi çalışır. Azərbaycan ədəbiyyatı kafedrasının əməkdaşıdır. 1993–1995-ci illərdə AMEA-nın "Elm" qəzetində, 1996–2004-cü illərdə Azərbaycan Yazıçılar Birliyinin "Ədəbiyyat qəzeti"ndə baş redaktor müavini vəzifəsində çalışmışdır. Heç bir partiyaya üzv olmamışdır.1998-ci ildə Azərbaycan Yazıçılar birliyinə daxil olmuşdur.

Elmi fəaliyyəti

1985–1989-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil almışdır. "Azərbaycan sovet ədəbi tənqidinin üslubları (1960–1980-ci illər)" mövzusunda namizədlik (1990), "XX əsr Azərbaycan nəsrinin poetikası" mövzusunda doktorluq (2005) dissertasiyaları müdafiə etmişdir. Filologiya elmləri doktoru, professordur. Mətbuatda 1981-ci ildən çıxış etməyə başlamış, ədəbi-tənqidi və publisist yazıları ilə "Ədəbiyyat və incəsənət", "Elm", "Qala", "Mübarizə", "Yeni müsavat" qəzetlərində görünmüşdür. 1995-ci ildən başlayaraq ədəbi köşə yazıları ilə ardıcıl "Press-fakt" (1995–1997, 2000), "Ədəbiyyat qəzeti" (1996–2004), "Rezonans" (1998–1999), "Ekspress" (1999), "Bizim əsr" (1999, 2001–2002), "Yeni Azərbaycan" (2003) qəzetlərində çıxış etmiş, çağdaş ədəbi-tənqidi prosesin ən fəal fiqurlarından biri kimi tanınmışdır. Azərbaycan ədəbi internetinin əsasını qoyan "YeniSi" www.yenisi.net saytının (2002) yaradıcılarından biridir. Marağını ilk növbədə çağdaş ədəbiyyat, onun nəzəriyyəsi və praktikası məşğul edir. "Tənqid.net" jurnalını (2006) təsis etmişdir. 21 kitab, yüzlərlə məqalə müəllifidir.

05 noyabr 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan elminin inkişafında xidmətlərinə görə “3-cü dərəcəli “Əmək” ordeni” ilə təltif edilib .


Ədəbi imzaları

T. Mustafayev, Tehran Mustafayev, Əlişanoğlu, T. Mustafayi, Tehran Əlişanoğlu, T. Alişan, Tehran, Neqə, Sadiq Vəli və s.

Kitabları

  1. Azərbaycan sovet ədəbi tənqidində üslub müxtəlifliyi (1960–1980-ci ilər)
  2. Yaşar Qarayev. Şəxsiyyəti və ömür yolu — Monoqrafik oçerk
  3. Əsrdən doğan nəsr (XX əsr Azərbaycan nəsrinin təşəkkül poetikası) — Monoqrafiya
  4. Azərbaycan nəsri sosializm realizmi çevrəsində — Monoqrafiya
  5. Azərbaycan yeni nəsri — Monoqrafiya.
  6. Azərbaycan, Azərbaycan (elmi-publisistik oçerk)
  7. XX əsr Azərbaycan nəsrinin poetikası — Monoqrafiya
  8. "Müasir Azərbaycan ədəbiyyatı" fənnindən Proqram – Jurnalistika və Azərbaycan ədəbiyyatı kafedrası üzrə proqramlar kitabında
  9. Əjdər Olun könül savaşı. Monoqrafiya
  10. Konsepsion və ya Nizami Cəfərovun ədəbiyyat mücadiləsi. Monoqrafiya
  11. Müstəqillik illəri Azərbaycan ədəbiyyatı. Ali məktəblərin magistratura pilləsi üçün dərslik
  12. "Azərbaycan ədəbiyyatı" üzrə magistr hazırlığı üçün proqramlar ("Folklor və ədəbiyyat"; "Müasir Azərbaycan ədəbiyyatı"; "Müasir ədəbi proses")
  13. "Nəsrdə Qarabağ müharibəsinin aspektləri". Monoqrafiya
  14. Azərbaycanşünaslığa giriş: — Dərs vəsaiti
  15. "Müstəqillik körpüsünü keçənlər"
  16. "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı", iki cilddə (kollektiv) — Monoqrafiya
  17. Milli nəsrdə Azərbaycan obrazı: tarix və müasirlik kontekstində
  18. Ədəbiyyatda Heydər Əliyev obrazı tarixi gerçəkliklərdən ideala. (T. Mustafayev, İ. Həbibbəyli, Ə. Əsgərli, E. Akimova, A. Bağlı, L. Həsənova)
  19. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun beş ili akademik İsa Həbibbəyli ilə: məqalələr.
  20. Ədəbiyyatda Heydər Əliyev obrazı tarixi gerçəkliklərdən ideala. — (T. Mustafayev, İ. Həbibbəyli, Ə. Əsgərli, E. Akimova, A. Bağlı, L. Həsənova)
  21. T. Mustafayinin ədəbiyyat söhbəti: Ədəbi-tarixi esse
Üst