Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Terrorizmlə qlobal müharibə (ing. Global War on Terrorism) və ya Terrorizmlə müharibə (ing. War on Terrorism) — 11 sentyabr terror aktlarından sonra ABŞ-nin baş

Terrorizmlə müharibə

Vikipediya, azad ensiklopediya
Terrorizmlə müharibə
Saat əqrəbi istiqamətində, yuxarı soldan: 11 sentyabr terror aktlarından sonra; ABŞ əsgərləri Əfqanıstanın Baqram aviabazasında təyyarəyə minir; Əfqanıstanın Zabul vilayətində amerikalı əsgər və əfqan tərcüməçi; Bağdadda bomba yüklü avtomobilin partlaması
Saat əqrəbi istiqamətində, yuxarı soldan: 11 sentyabr terror aktlarından sonra; ABŞ əsgərləri Əfqanıstanın Baqram aviabazasında təyyarəyə minir; Əfqanıstanın Zabul vilayətində amerikalı əsgər və əfqan tərcüməçi; Bağdadda bomba yüklü avtomobilin partlaması
Tarix 7 oktyabr 2001 - 30 avqust 2021
Yeri Qlobal
Vəziyyəti Böyük müharibələr başa çatdı.
Münaqişə tərəfləri
Əsas ölkələr:




Terrorist qruplar:

  • Əl-Qaidə
    • AQAP
    • Əş-Şəbab
  • İŞİD
  •  Taliban

Komandan(lar)

ABŞ Co Bayden
Böyük Britaniya Boris Conson
Fransa Emmanuel Makron
Rusiya Vladimir Putin

Üsamə bin Laden
Ayman əl-Zəvvari
Əbu İbrahim Əl-Haşimi Əl-Qureyşi
Əbu Bəkr əl-Bağdadi
Fəzlullah

Ümumi itkilər
800.000+ ölü

~37 milyon qaçqın

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Terrorizmlə qlobal müharibə (ing. Global War on Terrorism) və ya Terrorizmlə müharibə (ing. War on Terrorism) — 11 sentyabr terror aktlarından sonra ABŞ-nin başçılığı ilə başladılan beynəlxalq hərbi kampaniya. NATO üzvü olan bütün ölkələr və üzv olmayan bəzi ölkələrin qoşulduğu bu kampaniya əl-Qaidə və digər terrorist qruplara qarşı başladılmışdır.

"Terrorla müharibə" ifadəsi ilk dəfə ABŞ-nin sabiq prezidenti Corc V. Buş tərəfindən 20 sentyabr 2001-ci ildə işlədildi.

Hadisələr və hərəkatlar

Şimali Amerika

11 sentyabr 2001-ci ildə baş verən dörd hadisə ABŞ höküməti tərəfindən mülki vətəndaşları və əsgərləri hədəf alan terror aktları olaraq açıqlanmışdı. Hökümətin araşdırması və 11 Sentyabr Komissiyasının verdiyə məlumata əsasən sərnişin təyyarələri Üsamə bin Ladenin başçılığı altında olan Əl-Qaidə terror qrupunun 19 üzvü tərəfindən ələ keçirildi və terror törədildi.

Avropa

Aktiv Səy Hərəkatı (ing. Operation Active Endeavour) Aralıq dənizində yerləşən NATO Dəniz Hərəkatıdır. Hərəkatın məqsədi terroristlərin fəaliyyətini və silah ələ keçirmələrinin qarşısını almaqdır.

Üst