Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Texnofest Azərbaycan — 2021-ci ildən etibarən Azərbaycanda keçirilən aerokosmik və texnologiya festivalı.

Texnofest Azərbaycan

  • Ana Səhifə
  • Texnofest Azərbaycan

Texnofest Azərbaycan — 2021-ci ildən etibarən Azərbaycanda keçirilən aerokosmik və texnologiya festivalı.

Texnofest Azərbaycan
Başlayır 26 May 2022
Bitir 29 May 2022
Məkan Bakı Kristal Zalı
Ölkə Azərbaycan
Təşkilatçı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyi
Vebsayt www.teknofest.az

Mündəricat

2021

Azərbaycan ilk dəfə 2021-ci ildə Teknofest Aviasiya, Kosmos və Texnologiya sahələri üzrə festivalda iştirak edib. Festivalın sərgi hissəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən qurulmuş Azərbaycan Milli Pavilyonunda 11 yerli şirkət və startapın məhsul və həlləri nümayiş olunub, həmçinin ölkəmizin yerli istehsalı olan pilotsuz uçuş aparatları sərgilənib. Tədbir çərçivəsində təşkil olunan hava şoularında Azərbaycan Hərbi Hava Qüvvələrinin peşəkar pilotları "MiQ-29" qırıcı təyyarələri ilə solo pilotaj uçuşları həyata keçiriblər. Tədbirdə Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən iki "MiQ-29" təyyarəsi, eləcə də Müdafiə Sənayesi Nazirliyi tərəfindən "İti qovan", "Orbiter 2", "Orbiter 3", "Orbiter 4" kimi pilotsuz hava vasitələri də sərgilənib. "MiQ-29" təyyarələri beş gün ərzində İstanbulda hava şoularında da iştirak edib.

2022

Teknofest Azərbaycan tədbirinin 2022-ci ilin 26–29 may tarixlərində "Bakı Kristal Zalı" və Dənizkənarı bulvar ərazisində keçirilib. Festivalın təşkilatçıları "Türkiyə Texnologiya Komandası" — T3 Fondu, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyidir. Yarışlarda beynəlxalq iştirakçıların da iştirak edib. Dünyanın müxtəlif ölkələrindən olan iştirakçılar texnologiya müsabiqələrinə qatılıblar.

Həmçinin akademik tərəfdaşlar isə ADA Universiteti, Azərbaycan Texniki Universiteti və Milli Aviasiya Akademiyasıdır.

Tədbir çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "MİQ-29" qırıcı təyyarələri, Türkiyənin Solotürk və Türk Ulduzları aerobatika komandaları, Bayraktar Akıncı PUA-sı, Hürkuş təlim təyyarəsi və T-129 helikopterləri uçuşlar həyata keçiriblər.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 06, 2026

    Təkamül nəzəriyyəsi

  • Mart 26, 2026

    Antarktida

  • Aprel 03, 2026

    Təkə yarımadası

  • Mart 27, 2026

    Erotika

  • Aprel 05, 2026

    Assuriya təqvimi

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst