Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya

Teymur Ramiz oğlu Mehdiyev — Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini (2014–2025), general-mayor (2014).

Teymur Mehdiyev

  • Ana Səhifə
  • Teymur Mehdiyev

Teymur Ramiz oğlu Mehdiyev — Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini (2014–2025), general-mayor (2014).

Teymur Mehdiyev
Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini
5 may 2014 – 24 noyabr 2025
NazirKəmaləddin Heydərov
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini
3 mart 2011 – 5 may 2014
RəisArzu Rəhimov
Firudin Nəbiyev
Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini
7 fevral 2006 – 3 mart 2011
NazirƏbülfəs Qarayev
Azərbaycan Respublikası gənclər, idman və turizm nazirinin müavini
20 fevral 2004 – 7 fevral 2006
NazirƏbülfəs Qarayev
Şəxsi məlumatlar
Doğum tarixi 25 iyun 1975(1975-06-25) (50 yaş)
Doğum yeri
  • Suxumi, Abxaziya MSSR, Gürcüstan SSR, SSRİ
Təhsili Bakı Dövlət Universitetinin Hüquq fakültəsi
Atası Ramiz Mehdiyev
Anası Qalina Mehdiyeva
Rütbəsi
General-mayor

III dərəcəli dövlət miqrasiya xidməti müşaviri

Təltifləri 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni

Ramiz Mehdiyevin oğludur.

Həyatı

Teymur Ramiz oğlu Mehdiyev 25 iyun 1975-ci ildə Gürcüstan Sovet Sosialist Respublikasının Abxaziya MSSR-nın Suxumi şəhərində anadan olub. 1982-ci ildən 1992-ci ilə qədər Bakı şəhərində 134 № li orta məktəbdə təhsil almışdır. 1992-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuş və 1997-ci ildə həmin Universiteti bitirmişdir. 1997–1999-cu illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində çalışmışdır. 1999–2001-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində işləmişdir. 2001–2004-cü illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində çalışmışdır.

2004–2006-cı illərdə Azərbaycan Respublikası gənclər, idman və turizm nazirinin müavini, 2006–2011-ci illərdə isə Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini, 2011–2014-cü illərdə isə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini vəzifələrində çalışmışdır. 2011-ci ildə ona III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 5 may 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini təyin edilmiş və ona general-mayor ali hərbi rütbəsi verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2025-ci il tarixli müvafiq sərəncamları ilə fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edilmiş və həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2018-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 26, 2026

    Pireney yarımadası

  • Mart 27, 2026

    Süni intellekt

  • Mart 27, 2026

    Alla Puqaçova

  • Mart 27, 2026

    Əli Kərim

  • Mart 26, 2026

    Ramazan bayramı

Studia

  • Vikipediya

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst