Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tofiq Fikrət (türk. Mehmet Tevfik Fikret; 26 dekabr 1867, İstanbul – 19 avqust 1915, İstanbul — Osmanlı dövründə yaşamış büyük türk şairi, pedaqoqu və jurnalist

Tofiq Fikrət

  • Ana Səhifə
  • Tofiq Fikrət

Tofiq Fikrət (türk. Mehmet Tevfik Fikret; 26 dekabr 1867, İstanbul – 19 avqust 1915, İstanbul — Osmanlı dövründə yaşamış büyük türk şairi, pedaqoqu və jurnalisti, türk ədəbiyyatında "Sərvəti-fünun" və ya "Ədəbiyyati-cədidə" adlanan cərəyanın banisi.

Tofiq Fikrət
türk. Tevfik Fikret
Doğum tarixi 26 dekabr 1867(1867-12-26)
Doğum yeri İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi 19 avqust 1915(1915-08-19) (47 yaşında)
Vəfat yeri İstanbul, Osmanlı imperiyası
Dəfn yeri
  • Aşiyan qəbiristanlığı
Təhsili
  • Qalatasaray liseyi
Fəaliyyəti şair, yazıçı
Vikimənbənin loqosu Tofiq Fikrət Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

1888-ci ildə Qalatasaray liseyini bitirmiş, bir müddət xarici işlər nazirliyində işləmiş, 1894–1915-ci illərdə Türk dili və ədəbiyyatından dərs demişdir. İlk şeirlərini və ədəbiyyatın ictimai roluna dair məqalələrini redaktoru olduğu "Sərvəti-fünun" jurnalında dərc etdirmişdir. O, Türk şeirinə məzmun və formaca yenilik gətirmişdir. "Sənət həyat üçündür" prinsipini həm əməldə, həm də nəzəriyyədə tətbiq edən ilk Türk şairidir. İnqilabi ruhlu şeirlərində zülm, fanatizm və istibdadı qətiyyətlə qamçılamış, humanizm və azadlıq ideyalarını, xalqlar dostluğunu tərənnüm etmişdir. Qadağan edilməsinə baxmayaraq, əsərləri gənclər və hərbçilər arasında əldən-ələ keçərək əzbərlənmiş və yayılmışdır. Hakim dairələr tərəfindən ömrünün sonunadək təqib olunsa da, inqilabi ideyalara və xalqa sadiq qalmışdır. Əsərlərində ərəb-fars kəlmələrinin, tərkiblərinin sıx-sıx işlədilməsi Tofiq Fikrətin dilini xeyli qəlizləşdirirdi. Buna baxmayaraq onun əsərləri Azərbaycanda böyük rəğbət qazanmışdır. Azərbaycan şairlərindən M. Hadi, H. Cavid, A. Səhhət və b. Yaradıcılığına təsir göstərmişdir. Onun yaradıcılığı Azərbaycan alimləri tərəfindən də öyrənilmiş və "Seçilmiş əsərləri" Azərbaycan dilində nəşr olunmuşdur.

Yaradıcılığı

"Rübabi-şikəstə" (1900), Tarixi-qədim" (1905), "Xaluqun dəftəri" (1911), "Rübabın cavabı" (1911), "Doxsan beşə doğru" (1912), "Həmşirəm üçün" və başqalan Totiq Fikrətin və ümumi Türk-Oğuz ədəbiyyatmm şah əsərlənndəndir.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 28, 2026

    Sahibə Qafarova

  • Mart 26, 2026

    Azərbaycan manatı

  • Mart 28, 2026

    Yeni il

  • Mart 31, 2026

    Qorxmaz İmanov

  • Mart 31, 2026

    Ağakərim

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst