Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Tokantins (port. Tocantins) — Cənubi Amerikanın şərqindən keçən, Braziliyanın Qoyas, Tokantins, Marayan ştatları ərazisindən axan çay. Çayın uzunluğu 2850 km tə

Tokantins çayı

Vikipediya, azad ensiklopediya
Tokantins çayı
port. Tocantins
Xəritə
Ölkə  Braziliya
Uzunluğu 2850 km
Su sərfi 11.364 m³/san
Su hövzəsi Atlantik okeanı
Hövzəsinin sahəsi 770000 km²
Tokantins çayı (Braziliya)
physical
mənsəbi
Tokantins çayı Braziliyanın fiziki xəritəsində:
1°43′43″ c. e. 49°10′34″ q. u.HGYO
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tokantins (port. Tocantins) — Cənubi Amerikanın şərqindən keçən, Braziliyanın Qoyas, Tokantins, Marayan ştatları ərazisindən axan çay. Çayın uzunluğu 2850 km təşkil edir.

Başlanğıcını Marayan və Almas çaylarının birləşməsindən götürür. Mənbə Serra-Dorada silsiləsinin şərq ətəklərində yerləşir. Braziliya öndağlığından Braziliya düzənliyinə keçir. Dağlıq ərazilərdə astanalar müşahidə edilir. Düzənlikdə 350 km məsafədə naviqasiyaya yararlıdır. Ən böyük qolu Araquaya çayıdır. Əsasən yağışlarla qidalanır. Mart-aprel ayları gursululuq dövrüdür. Bu zaman suyun səviyyəsi 7–9 m qalxır. Orta su sərfiyyatı 16 300 m³/s-dir. Formal olaraq Tokantins-Araquaya çaylarını Amazona daxil etsələrdə ayrı sistemə malikdir. Hövzəsinin sahəsi 770 min. km² təşkil edir.

Suyunun gücündən istifadə edilir. 2016-cı ildə üzərində beş bənd inşa edilmişdir ki, nəticədə Tukurui və Serra-da-Meza SES formalaşmışdır. Sahilində yerləşən şəhərlər: Usuasu, Portu-Nasiunal, Pedru-Afonnsu, Palmas, Mirasena-du-Tokantins, Karolina, Tоkantinopolis, İmperantis, Maraba, Tukurui. Zəngin flora və faunaya malikdir.

Üst