Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Toxaristan bəzi mənbələrə görə 618, bəzi mənbələrə görə isə 625-ci ildə Tonq Yabqu xaqanın dövründə ələ keçirilmiş, hakimiyyət oğlu Tarduş Şada verilmişdir. Məş

Toxaristan yabquluğu

Vikipediya, azad ensiklopediya
Yabquluq
Toxaristan yabquluğu
吐火羅葉護政權
  
Paytaxt Künduz
Rəsmi dilləri Qədim türk dili
Din Tenqriçilik
Buddizm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Toxaristan yabquluğu — Aşina sülaləsinin bir qolunun Toxaristan ətrafında qurduğu dövlət.

Hökmdarları

Tarduş şad

Toxaristan bəzi mənbələrə görə 618, bəzi mənbələrə görə isə 625-ci ildə Tonq Yabqu xaqanın dövründə ələ keçirilmiş, hakimiyyət oğlu Tarduş Şada verilmişdir. Məşhur buddist rahib Syüançzan 630-cu ildə Tarduş şadın hələ hakimiyyətdə olduğunu yazırdı. Çin mənbələrində 635 və 645-ci illərdə Çinə səfir göndərildiyi yazılmışdır.

İşbara Yabqu

650-ci illərdə İşbara Yabqu (阿史那乌湿波) Toxaristan hakimi idi.

Pantu Nili yabqu

705-ci ildə hakimiyyətdə olmuş yabqu kimi Pantu Nilinin (般都泥利) adı çəkilir. 718-ci ildə qardaşı Puluo Tigini (阿史恃勒僕羅) Çinə səfir kimi göndərmişdir.

Qutluq İl Tardu

729-cu ildə Çin tərəfindən Toxaristan yabqusu və Eftalit hökmdarı (悒怛王) kimi tanınmışdır. Bəzi mənbələrdə adı Qutluq Ton Tardu kimi keçir.

Şilimanq Çialuo

Türkcə adı bilinməməklə bərabər 749-cu ildə və 758-ci ildə Çinə səfir yolladığı məlumdur.

Üst